USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan hərbçiləri “Efes-2022”də tapşırıqları icra edib - VİDEO


  • Hərbi
  •  12:36 26.05.2022
  •  1365
https://img.baki-baku.az/news/2022/05/photo_7077.jpg

Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təliminin növbəti mərhələsi üzrə tapşırıqlar icra edilib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, təlimin növbəti günündə senariyə uyğun olaraq sahil xəttinin sualtı minalardan təmizlənməsi, şərti düşmən arxasına havadan sızma, onun sahildə yerləşən hərbi obyektinə basqın və aşkar olunan terrorçuların zərərsizləşdirilməsi tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.
Qeyd edilib ki, ölkəmizi beynəlxalq təlimdə Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edir.




Redaktorun seçimi

Hərbi