USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Elçin Quliyev və Məhərrəm Əliyev Qubadlıda olub


  • Hərbi
  •  11:35 21.04.2022
  •  275
https://img.baki-baku.az/news/2022/04/photo_6834.png

19-21 aprel tarixlərində Azər­baycan Respublikası Preziden­tinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-pol­kov­nik Məhərrəm Əliyev və Azərbaycan Respubli­kasının Dövlət Sər­həd Xid­mətinin rəisi, gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xid­mətinin (DSX) Sərhəd Qo­şun­ları­nın “Qubadlı” və “Qazax” əlahiddə sərhəd divi­zi­yalarının hərbi hissə və bölmələ­rinə səfər ediblər.

Bu barədə APA-ya DSX Mətbuat Mərkəzindən məlumat verilib.

Səfər çərçivəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən sonra Ermənistan ilə dövlət sərhədində zəruri sərhəd müda­fiə və mühafizə infra­struk­turunun yaradılması üzrə Azər­baycan Respublikasının Prezi­denti Si­lah­lı Qüv­vələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti yoxla­nıl­­ıb.

Dövlət sər­hədinin etibarlı mühafizəsinin təşkili istiqamətində həyata keçi­rilən fəa­liyyətlər, o cümlədən sərhəd yol­larının çəkil­məsi, ərazidə hərə­kətin təmin edilməsi üzrə tikin­ti-quru­culuq işlə­­ri və təhlü­kəsizlik tədbirləri nəzərdən keçirilib, sərhəd-döyüş məntəqə­lərində xid­mət aparan sərhəd­çilərlə görüşül­üb, hərbi qulluqçuların xid­məti-döyüş və məişət şərait­lə­ri ilə tanış olunub. Son bir il ərzində azad edilmiş ərazilərdə 19 yeni hərbi hissənin, 100-dən artıq sərhəd döyüş məntəqəsinin fəaliyyətə başlamasının böyük əhə­miyyəti vurğulanıb.

Əlahiddə sərhəd diviziyalarının rəhbər heyətlərinin iştirakı ilə xidməti mü­şa­virələr keçirilmiş, vəzifəli şəxslərin xid­məti ərazidə mövcud olan əməliy­yat şəraiti və görülən tədbirlər haqqında məruzələri dinlənilmiş, hərbi hissə və bölmələrin döyüş ha­zır­lığının daha da yük­səl­dil­məsinin, dövlət sər­hədi­nin to­­xunul­maz­lığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi üzrə zəruri tapşı­rıq və tövsiyələr verilib.

Səfər çərçivəsində səhra təlim mərkəzində DSX-nin taktiki təlimləri izlənilib.




Redaktorun seçimi

Milli neft şirkətinin yüksəliş marafonu
  • İqtisadiyyat
  • 11:36 10.05.2024
Milli neft şirkətinin yüksəliş marafonu
İrəvanda revanşistlərin son çapalamaları
  • Daxili siyasət
  • 11:15 10.05.2024
İrəvanda revanşistlərin son çapalamaları
Qara fikirlərə işıq salan cavab
  • Daxili siyasət
  • 10:14 09.05.2024
Qara fikirlərə işıq salan cavab

Hərbi