USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Zakir Həsənov Kəlbəcər və Laçında xidməti-döyüş fəaliyyətini yoxlayıb


  • Hərbi
  •  10:28 08.04.2022
  •  176
https://img.baki-baku.az/news/2022/04/photo_6726.jpg

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun yüksək dağlıq ərazilərdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonu sahəsində yerləşən bir sıra döyüş mövqelərinə baxış keçirib, burada xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb.

Qeyd olunub ki, döyüş növbətçiliyinin gecə və gündüz keyfiyyətli təşkili və aparılması üçün hər cür şərait mövcuddur. Müşahidə məntəqələri müasir texniki avadanlıqlarla təchiz olunub.

General-polkovnik Zakir Həsənov şəxsi heyətlə görüşərək onların qayğıları ilə maraqlanıb, xidmətlərində uğurlar arzulayıb. Hərbi qulluqçular dövlət sərhədində xidmət etməkdən qürur duyduqlarını və burada yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Müdafiə naziri döyüş növbətçiliyinin təşkili və qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

Sonra nazir Kəlbəcər və Laçın rayonlarında yeni istifadəyə verilmiş hərbi obyektlərə baxış keçirib. Məruzə olunub ki, müasir tələblər nəzərə alınmaqla yeni inşa edilmiş hərbi infrastrukturlarda şəxsi heyət üçün lazımi şərait yaradılıb. Binalar bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib. Burada silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı və ərazini fasiləsiz elektrik enerjisi ilə təmin edən generatorlar mövcuddur.

Daha sonra nazirliyin rəhbər heyəti hərbi hissələrin parkında texnikaların saxlanma şəraiti, istismarı və göstərilən texniki xidmətin keyfiyyəti ilə maraqlanıb. Texniki xidmət və təmir məntəqələrində yaradılan şəraitlə tanış olan müdafiə nazirinə bildirilib ki, müasir avadanlıqlarla təchiz olunan məntəqələrdə döyüş texnikaları və avtomobillərə texniki xidmətin göstərilməsi üçün hər cür şərait yaradılıb. Bu məntəqələrdə döyüş texnikası və nəqliyyat vasitələrinə planlı şəkildə mövsümi qulluğun göstərilməsi nəzərdə tutulub. General-polkovnik Zakir Həsənov məntəqələrdə görüləcək işlər zamanı şəxsi heyətin təhlükəsizlik qaydalarına tam əməl etməsi, eləcə də digər vacib məsələlərlə bağlı tapşırıqlarını çatdırıb.

Sonda Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən bir neçə hərbi obyektdə aparılan inşaat işlərinin gedişatını yoxlayan nazir tikinti işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Hərbi