USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dünyanın ən güclü orduları - REYTİNQ


  • Hərbi
  •  15:36 27.01.2022
  •  348
https://img.baki-baku.az/news/2022/01/photo_6146.jpg

“Global Fire Power” 2022-ci ilin ən güclü ordularının reytinqini təqdim edib.

APA-nın xəbərinə görə, reytinqdə ölkələrin orduları texnoloji üstünlük, maliyyə imkanları, logistika qabiliyyəti, insan gücü və s. kimi 50-dən çox faktora görə sıralanıblar.

 

ABŞ siyahıda yer alan 140 ölkə arasında 1-ci yerdə qərarlaşıb. İkinci və üçüncü yerləri isə müvafiq olaraq Rusiya və Çin tutub. Azərbaycan dünyanın ən güclü orduları arasında 63-cü yeri tutub. Ermənistan 97-ci, Gürcüstan isə 88-ci yerdə qərarlaşıb.

Siyahıda 13-cü pillədə qərarlaşan Türkiyə ordusu dünyanın ən güclü orduları arasında yer alıb. Pakistan 9-cu, İran isə 14-cü olub. Fransa 7-ci, Böyük Britaniya 8-ci, Almaniya isə 16-cı yerdə qərarlaşıb.

Siyahıda son üç yeri müvafiq olaraq Somali, Kosovo və Butan tutub.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Hərbi