USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Zakir Həsənov Moskvada MDB Müdafiə Nazirlərinin iclasında iştirak edib


  • Hərbi
  •  14:19 10.11.2021
  •  212
https://img.baki-baku.az/news/2021/11/photo_5605.jpg

Moskvada MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Mərkəzində keçirilən iclasdan öncə müdafiə nazirləri Kreml divarların yaxınlığındakı Aleksandr Bağında yerləşən Naməlum Əsgərin məzarı önünə əklil qoyublar.

Hərbi Əməkdaşlıq Muzeyində nazirlərə Mərkəzi Hərbi Arxivə aid Brest qalasının müdafiəsi, 28 Panfilov qəhrəmanının şücaəti, Dnepr uğrunda döyüş, Sevastopolun müdafiəsi ilə bağlı sənədlərin əsli nümayiş etdirilib.

İclasda çıxış edən Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib ki, birgə əməkdaşlıq MDB ölkələrinin silahlı qüvvələri arasında ənənəvi əlaqələrin möhkəmlənməsinə və yeni qarşılıqlı fəaliyyət sahələrinin inkişafına töhfə verən etimad münasibətləri mühiti formalaşıb.

Onun sözlərinə görə, Müdafiə Nazirləri Şurası MDB-nin hərbi təhlükəsizliyinin təmin edilməsi naminə tərəfdaşlıq dairəsini genişləndirməyə və səmərəli qərarlar qəbul etməyə imkan verir: “Əminəm ki, Şuranın bugünkü iclası konstruktiv atmosferdə keçəcək və onun nəticələri dövlətlərimizdə sülhün və sabitliyin qorunmasına kömək edəcək”.




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Hərbi