- Daxili siyasət
- 09:43 19.09.2024
Azərbaycan Respublikası Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 22-dən 24-dək keçiriləcək IX Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.