USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Türkiyə yerli silah istehsalını artıraraq idxaldan asılılığı azaldıb - HESABAT


  • Hərbi
  •  13:44 15.03.2021
  •  257
https://img.baki-baku.az/news/2021/03/photo_3221.jpg

Əsas silahların beynəlxalq transferi səviyyəsi 2011-2015-ci illərlə 2016-2020-ci illər arasında eyni qalıb.

APA-nın xəbərinə görə, bu, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Stockholm International Peace Research Institute - SIPRI) hesabatında əksini tapıb.

Bildirilib ki, hesabat dövründə bəzi Körfəz ölkələri arasında regional strateji rəqabətin artması səbəbi ilə Yaxın Şərq ölkələri silah idxalını 25% artıraraq dünyanın əsas silah idxalçısı regionuna çevrilib.

Belə ki, hesabat dövründə Səudiyyə Ərəbistanının silah idxalı 61%, Misirin 136%, Qətərin 361% artıb. Səudiyyə Ərəbistanı dünyada ən çox silah idxal edən ölkə olub.

Hesabatda qeyd olunub ki, 2016-2020-ci illərdə qlobal silah satışlarında payını 32%-dən 37%-dək artıran ABŞ hələ də dünyada əsas silah ixracatçısı olan ölkə olaraq qalır. ABŞ-ın silah ixracının 47%-i Yaxın Şərq ölkələrinə olub. Təkcə Səudiyyə Ərəbistanının ABŞ-ın silah ixracındakı payı isə 24% təşkil edib.

Sənəddə o da qeyd olunub ki, ABŞ-ın silah ixracının 2011–2015-ci illərlə 2016-2020-ci illər arasında 15%-dək artması ABŞ-la ikinci əsas silah ixracatçısı olan Rusiya arasındakı boşluğu artırıb. 2011–2015-ci illərlə 2016–2020-ci illər arasında ikinci və üçüncü əsas silah ixracatçısı olan ölkələrin də satışlarında önəmli artım qeydə alınıb. Belə ki, silah ixracını 44% artıran Fransa beynəlxalq silah satışlarındakı payını 8.2%-ə yüksəldib.

Hindistan, Misir və Qətər birlikdə Fransanın silah ixracının 59%-ni qəbul edib.

Almaniya isə hesabat dövründə əsas silah ixracını 21% artıraraq, qlobal bazardakı payını 5.5%-ə çatdırıb. Almaniyanın əsas silah alıcıları Cənubi Koreya, Əlcəzair və Misir olub.

Hesabatda bildirilib ki, Çin və Rusiyanın silah satışlarında azalma müşahidə olunub. Belə ki, 2016-2020-ci illərdə qlobal bazarda payı 20% təşkil edən Rusiyanın satışları 22% azalaraq 2006-2010-cu illər səviyyəsinə qayıdıb.

Dünyanın beşinci əsas silah ixracatçısı olan Çinin 2011–2015-ci illərlə 2016–2020-ci illər arasında əsas silah satışları isə 7.8% azalıb. 2016–2020-ci illərdə Çinin qlobal silah satışı bazarında payı 5.2% təşkil edib. Çinin əsas alıcıları Pakistan, Banqladeş və Əlcəzair olub.

Sənəddə qeyd olunub ki, 2011-2015-ci illərlə 2016-2020-ci illər arasında Türkiyə silah idxalını 59% azaldıb. Qeyd olunub ki, bunun səbəbi Türkiyənin Rusiya istehsalı hava hücumundan müdafiə (HHM) sistemləri idxalından sonra ABŞ-ın F-35 qırıcılarının Türkiyəyə ixracını məhdudlaşdırması, həmçinin Türkiyənin əsas silahların yerli istehsalını artıraraq idxaldan asılılığı azaltmasıdır.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Hərbi