USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dövlət xidmətindən təkzib: Hərbi vəzifəlilərə zənglər edilməsi barədə yayılan məlumatlar yalandır


  • Hərbi
  •  16:31 02.03.2021
  •  261
https://img.baki-baku.az/news/2021/03/photo_3073.jpg

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) hərbi vəzifəlilərə zənglər edilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.  

SHXÇDX-dən APA-ya bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 28.09.2020-ci il tarixli 2280 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasında Qismən səfərbərlik elan olunub: “Prezidentin Sərəncamına əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericiliyə uyğun olaraq yaradılmış digər silahlı birləşmələr Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən hərbi vəzifəlilərlə kompletktləşdirilib. 

Azərbaycan Respublikası Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Prezidentin 28.09.2020-ci il tarixli 2280 nömrəli Sərəncamıyla hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabr ayının 25-dən 2021-ci il aprel ayının 15-dək mərhələli şəkildə səfərbərlik üzrə  hərbi xidmətdən tərxis edilirlər.

Məlumat üçün bildiririk ki, hərbi vəzifəlilərin təlim və səfərbərlik üzrə çağırılması Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı olduqdan sonra mümkündür. Hazırda bununla bağlı Prezident tərəfindən Sərəncam olmadığı üçün hərbi vəzifəlilərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təlim və səfərbərlik üzrə çağırılması mümkün deyil”.




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Hərbi