USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Türkiyə və Azərbaycan müdafiə nazirləri Qarsda birgə təlimi izləyib


  • Hərbi
  •  16:48 11.02.2021
  •  304
https://img.baki-baku.az/news/2021/02/photo_2825.jpg

Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qarsda Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən “Qış təlimi-2021” birgə təliminin yekun mərhələsini izləyiblər.

APA-nın Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Türkiyə Quru Qoşunlarının Komandanı Ümit Dündar, Türkiyə Hərbi Dəniz Qüvvələrinin Komandanı Adnan Özbal və Türkiyə Hərbi Hava Qüvvələrinin Komandanı Hasan Küçükakyüz da təlimlərin gedişini izləyiblər.

İlk olaraq komanda məntəqəsinə baş çəkən H. Akar və Z. Həsənova təlimin gedişi barədə məlumat verilib.

Bundan sonra müdafiə nazirləri yeni nəsil konteynerlərə baxış keçiriblər.

Burada səhra mətbəxinə də baş çəkən müdafiə nazirləri Türkiyə istehsalı olan zirehli ambulansa, habelə sərt soyuqlardan qorunmaq üçün yaradılan təsisatlara baxış keçiriblər.

Daha sonra müdafiə nazirləri havada icra edilən manevrləri izləyiblər.

Qeyd edək ki, “Qış təlimi-2021” Türkiyə Silahlı Qüvvələrinin və Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin iştirakı ilə keçirilir.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Hərbi