USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Forbes"in böyük müharibə üçün acı proqnozu - ABŞ-ın ənənəvi savaş prinsipləri ikinci plana keçəcək


  • Hərbi
  •  18:13 29.01.2021
  •  358
https://img.baki-baku.az/news/2021/01/photo_2655.jpg

Hərbi ekspert, ABŞ-dakı Hudzon İnstitutunun böyük elmi işçisi Brayan Klark Birləşmiş Ştatları Rusiya ilə müharibədə ən pis ssenariyə hazır olmağa çağırıb. "Baki-Baku.az" xəbər verir ki, Klarkın bununla bağlı məqaləsini məhşur "Forbes" nəşri yayımlayıb. 

Mütəxəssis qeyd edir ki, müharibə başlasa, Rusiya və Çin kimi ölkələr silahlanmağa və hərbi texnikalarının müdafiə qabiliyyətinin yüksəldilməsinə önəm verəcəklər. Bununla ABŞ-ın savaş aparmasındakı ənənəvi prinsipləri ikinci plana keçəcək. Çünki indiki vəziyyətdə Amerika hərbi qüvvələrinin qeyri-requlyar döyüş aparmaq üçün gücü yoxdur. "Üstünlük yaxşı silahlanmış, olduqca güclü müdafiə olunmuş gəmilərə, təyyarələrə və hərbi birliklərə verilir, ancaq həddən artıq baha olduqlarından onların sayı çox deyil", - deyən Klark çıxış yolu kimi bildirir ki, uzun müddətli blokadaya, müttəfiq ərazilərinin karantinə alınmasına, həmçinin suda və havada qadağan edilən əməliyyatlara üstünlük verilməlidir. Belə konfliktin atributları isə hazırkı ABŞ ordusu üçün o qədər də geniş deyil və bu, Pentaqon üçün arzuolunmaz ssenari vəd edir.  

"Qərar verilməsinə orientasiya olunmuş ssenarilərə keçid ABŞ hərbçilərində iri monolit platformalardan və birliklərdən daha kiçik möhkəmləndirilmiş hissələrə və avtonom strukturlara keçidi də təmin edəcəkdir. Hərbi əməliyyatlar teatrında həm onları əldə etmək ucuz başa gələcək, həm də bir yerdən başqa yerə daşımaq, yenidən qruplaşdırmaq mümkün olacaq", - deyən ekspert onu da bildirir ki, Rusiya və Çinə xırda detalları nəzərə almayaraqdan ortaya çıxmış məğlubiyyət böyük rüzvayçılığa çevrilər. 

Klark onu da bildirir ki, əgər ABŞ-ın Müdafiə Nazirliyi öz ssenarisini yenidən nəzərdən keçirməsə və qüvvələrini yenidən qruplaşdırmasa, Çinin və Rusiyanın Cənubi-Çin dənizindəki "boz zona"da, müvafiq olaraq Krımda müvəffəqiyyət qazanması qaçılmaz xarakter alacaq, normaya çevriləcək.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Hərbi