USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Müdafiə nazirinin Dövlət Suverenliyi Günü münasibətilə təbriki


  • Hərbi
  •  10:13 20.09.2024
  •  7
https://img.baki-baku.az/news/2024/09/photo_14643.jpg

Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Sizi müstəqil dövlətçilik tariximizin ən əlamətdar bayramlarından biri olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə yeni təsis edilmiş 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin və şərəfli xidmətinizdə müvəffəqiyyətlər arzulayıram.

Müzəffər Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizdə dayanıqlı iqtisadi inkişafa nail olunmuş, müdafiə qüdrətimizin artırılması istiqamətində böyük uğurlar əldə edilmişdir. Azərbaycan Ordusunda həyata keçirilən geniş islahatların müsbət nəticələri tarixi qələbələrimizi təmin etmişdir.

2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin tam qələbəsi və torpaqlarımızın işğaldan azad edilərək ərazi bütövlüyümüzün bərpası ilə başa çatmışdır. Lakin şanlı Zəfərimizdən sonra Ermənistan silahlı qüvvələrinin qalıqları ölkəmizin ərazisindən çıxarılmamış, təxribatlar yenə də davam etdirilmişdir. Azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri aparan mülki şəxslərin və Böyük Qayıdışa dair Dövlət Proqramına müvafiq olaraq, öz doğma yurd yerlərinə qayıdan dinc sakinlərin təhlükəsizliyinin təmin olunması və ölkəmizin bütün suveren ərazilərində Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə  2023-cü il 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi rayonunda antiterror əməliyyatı həyata keçirilmişdir.

Cəmi 23 saat davam etmiş unikal antiterror əməliyyatı zamanı qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirən rəşadətli Ordumuzun qazandığı növbəti tarixi Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir.

Müstəqilliyimizin simvolu olan Azərbaycan Respublikasının Dövlət Bayrağı bu gün suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Bu möhtəşəm tarixi hadisəni böyük təntənə ilə qeyd edərkən qürur hissi ilə bildirməliyəm ki, tarixi qələbələrimizin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qətiyyətlə davam etdirilərək şanlı Zəfərə nail olunmuşdur.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini hər zaman olduğu kimi bu tarixi gündə də dərin hörmət və ehtiramla anırıq. Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində şəhidlərimizin ailə üzvləri, sağlamlığını itirən döyüşçülərimiz və müharibə veteranlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində bütün zəruri tədbirlər həyat keçirilir.

Azərbaycanın suverenliyi uğrunda şəhid olan hərbi qulluqçularımızın ailə üzvlərini, sağlamlığını itirən silahdaşlarımızı və əziz veteranlarımızı bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha Sizi 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, şərəfli xidmətinizdə daha böyük uğurlar arzulayıram.

Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Hərbi