USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Qubadlıda ətraf mühitin mühafizəsi ilə bağlı birgə tədbir keçiriblər


  • Hərbi
  •  10:51 26.08.2024
  •  37
https://img.baki-baku.az/news/2024/08/photo_13934.jpg

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamının icrası ilə əlaqədar Qubadlı rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli hərbi qulluqçuları şəxsi heyətlə birgə tədbir keçirib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz, unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.

General-mayor Azad Abdullayev, Hərbi prokurorun böyük köməkçiləri, baş ədliyyə müşaviri Firad Əliyev, ədliyyə polkovniki Fərəc Sayılov, Qubadlı hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Elşən Mürsəlov, eləcə də digər şəxslər tədbirdə çıxış ediblər. Onlar çıxışlarında müstəqillik yolumuzu və firavan gələcəyimizi nurlandıran nəhəng tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq istiqbalına hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə ölkəmizdə görülmüş müstəsna işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılmış misilsiz uğurlardan söz açıblar. Eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından danışıblar.

Həmçinin ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən söz açılıb.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub. Onları maraqlandıran suallar cavablandırılıb, bundan əlavə, hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb.

Tədbirdən sonra ağaclar əkilib.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Hərbi