USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan Ordusunun Baş Qərargah rəisi “Altın Kıran – 2024" təliminin taktiki epizodunu izləyib


  • Hərbi
  •  17:10 24.08.2024
  •  68
https://img.baki-baku.az/news/2024/08/photo_13925.jpg

Qazaxıstan Respublikasında səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və onun rəhbərlik etdiyi nümayəndə heyəti Almatı vilayətinin Jarkent şəhərində yerləşən "Koktal" təlim poliqonuna gəlib.

Təlimin keçirilməsi üçün poliqonda yaradılan şəraitlə tanış olduqdan sonra general-polkovnik K.Vəliyev komanda-idarəetmə məntəqəsinə gələrək "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təliminin taktiki epizodunu izləyib.

Sonra hər iki ölkənin təlimdə iştirak edən hərbi qulluqçuları ilə görüş keçirilib. Təlimdə fərqlənən hərbi qulluqçular medal və qiymətli hədiyyələrlə təltif ediliblər.

Qeyd edilib ki, "Altın Kıran - 2024" birgə taktiki-xüsusi təlimində qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Hərbi