USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının hərbi mütəxəssisləri arasında işçi görüşü keçirilib


  • Hərbi
  •  17:08 15.08.2024
  •  48
https://img.baki-baku.az/news/2024/08/photo_13731.jpg

Səudiyyə Ərəbistanı Krallığının Silahlı Qüvvələrinin Təhsil Məsələləri və Mənəvi Dəyərlərin Təbliği Baş İdarəsinin rəisi general-mayor Misfir bin Həsən Əl-İsanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi polkovnik Elşad Əbilov qonaqlarla görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyətinə “hərbçilərin mənəvi-psixoloji ruhunun yüksəldilməsində milli-mənəvi, əxlaqi və vətənpərvərlik dəyərlərinin mühüm rolu” mövzusunda mühazirələr oxunub, ideoloji işin təşkili və hərbi psixoloqların hazırlığı istiqamətində görülən işlər, eləcə də əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim edilib.

Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsindən söhbət açılıb və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Hərbi