USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qazaxıstanın nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib


  • Hərbi
  •  16:52 21.06.2024
  •  118
https://img.baki-baku.az/news/2024/06/photo_13015.jpg

Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polis Baş İdarəsinin nümayəndələri Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin idarənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.

Keçirilən görüşdə qonaqlara Hərbi Polis İdarəsinin tarixi və gündəlik fəaliyyəti, maddi-texniki təchizat və təlim proqramı barədə brifinq təqdim olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qazaxıstan nümayəndə heyəti Hərbi Polis bölmələrinin istifadəsində olan müasir silah və texnikaya, həmçinin avtomobil parkına baxış keçirdikdən sonra bölmələrin nümayiş məşğələsini izləyib.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Hərbi