USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan və Qazaxıstan hərbi qulluqçuları "Birləşik-2024" taktiki təlimində iştirak edəcəklər


  • Hərbi
  •  16:53 19.01.2024
  •  112
https://img.baki-baku.az/news/2024/01/photo_10714.jpg?v=MjAyNC0wMS0xOSAxNzoxNzo0NA==

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz piyadaları və xüsusi təyinatlılarının iştirakı ilə "Birləşik-2024" taktiki təlimi keçiriləcək.

Təlimə hazırlıq çərçivəsində ölkəmizdə səfərdə olan qazaxıstanlı hərbi qulluqçular Azərbaycan HDQ-nin dəniz piyadaları və xüsusi təyinatlıları ilə birgə şərti terror qruplaşmaları tərəfindən zəbt edilmiş adanın azad edilməsi, dənizdə təhlükəsizlik əməliyyatları və infrastrukturun mühafizəsi, eləcə də digər tapşırıqları məşq edəcəklər.

Qeyd edək ki, cari ilin iyul ayında Qazaxıstan Respublikasında keçiriləcək taktiki təlimdə əsas diqqət qüvvələrin qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldiləcək.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Hərbi