USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Müdafiə Nazirliyinin rəhbərliyi bayram ərəfəsində hospitalı ziyarət edib


  • Hərbi
  •  13:42 30.12.2023
  •  82
https://img.baki-baku.az/news/2023/12/photo_10434.jpg

Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Baş Klinik Hospitalı ziyarət edib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.

Baş Klinik Hospitalda müalicə olunan hərbi qulluqçularla və tibb personalı ilə görüşən general-polkovnik Z.Həsənov onlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini çatdırıb.

Nazirliyin rəhbər heyəti hospitalda aparılan müalicə prosesi ilə maraqlanıb, xəstə və yaralıların tezliklə sağlamlıqlarına qovuşmalarını və Ordu sıralarında xidmətlərini davam etdirmələrini arzulayıb.

Hospitalın tibb personalının peşəkarlığı, burada xəstə və yaralı hərbi qulluqçuların müalicəsi zamanı göstərilən xidmətlər yüksək qiymətləndirilib.

Şəxsi heyətə bayram hədiyyələri təqdim edilib.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Hərbi