USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Əlahiddə Ümumqoşun Orduda zabit təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib


  • Hərbi
  •  10:18 25.12.2023
  •  74
https://img.baki-baku.az/news/2023/12/photo_10345.jpg

Əlahiddə Ümumqoşun Orduda bir qrup zabitin təkmilləşdirmə kursunu müvəffəqiyyətlə bitirərək yeni vəzifələrə təyin olunması münasibətilə buraxılış mərasimi keçirilib.

Mərasimdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  

Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev zabitləri kursu uğurla başa vuraraq yeni vəzifələrə təyin olunmaları, həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi  Günü və Yeni il bayramı münasibətilə təbrik edib, hər bir zabitə Vətənimizin müdafiəsində qüsursuz xidmət arzulayıb.

Mayor Ramid Süleymanov məzunlar adından çıxış edərək kurs müddətində əldə etdikləri bilik və bacarıqları tabelikdə olan şəxsi heyətin döyüş, ictimai-siyasi və mənəvi-psixoloji hazırlıqlarının artırılmasında tətbiq edəcəklərini bildirib.

Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs birincisi xatirə lövhəsinə buraxılış emblemini vurduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub.

Sonda xatirə şəkli çəkdirilib.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Hərbi