USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ordu üçün minik avtomobilləri əhalidən alına bilərmi? (ŞƏRH)


  • Hərbi
  •  01:13 23.09.2020
  •  344
https://img.baki-baku.az/news/2020/09/photo_1004.jpg

Son günlər bəzi məlumatlar dolaşmaqdadır ki, əhalidə, müxtəlif fiziki və hüquqi şəxslərdə olan və hərbi məqsədlər üçün nəzərdə tutula bilən avtomobillər sahiblərindən alınır. Bu xəbərin nə dərəcə doğru olub-olmadığını birmənalı söyləmək çətindir. Əsas olan məsələnin qanunvericiliklə nə dərəcə mütənasibliyindədir. Bu baxımdan hüquqşünas Ərşad Heseynovun Avtosfer.az saytında yayımlanmış şərhi maraq doğurur. "Baki-Baku.az" həmin şərhi oxuculara təqdim edir:

"Müharibə dövründə təkcə döyüşə bilən hərbi vəzifəli vətandaşların deyil, həm də nəqliyyat vasitələrinin səfərbər edilməsi qanunvericilikdə nəzərdə tutulur. Bu, dünyanın bütün ölkələrində, hətta nəhəng hərbi büdcəyə malik ölkələrdə də belədir. Çünki səfərbər olunan insanların və digər resurların nəqliyyat ehtiyacını ödəyəcək sayda müxtəlif təyinatlı avtomobilləri dinc dövrdə hərbi hissələrin qarajında saxlamağa ehtiyac yoxdur. Ölkəmizdə bu məsələni dəqiq tənzimləyən qanunvericilik mövcuddur. AR-in 17 may 2005-ci il, № 916-IIQ Qanunu ilə təsdiq edilmiş “Hərbi-nəqliyyat vəzifəsi haqqında Əsasnamə”də və bəzi digər qanunvericilik aktlarında detallar əksini tapıb. Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə vətəndaşlarda, müxtəlif dövlət və özəl təşkilatlarda olan, zərurət yarandıqda Silahlı Qüvvələrin ehtiyacları üçün səfərbər edilə bilən nəqliyyat vasitələrinin siyahısı təsdiq edilib. Siyahıda yüksək keçidli minik avtomobilləri, xüsusi yük avtomobilləri, ümumqoşun təyinatlı xüsusi avtomobillər, sanitar avtomobilləri, sərnişin avtobusları, evakuatorlar, müxtəlif traktorlar və s. var. Adətən xüsusi ehtiyac olan, istismarı rahat və asan olan, həm də dözümlü nəqliyyat vasitələri səfərbər olunur (məsələn, belə tələbə daha şox “UAZ”, “NİVA”, müxtəlif pikaplar, “URAL”, “Zil-131” və s. uyğun gəlir). Baha, incə davranış tələb edən ciplər bu işdə heç nəyə yaramır... Lakin vətəndaşlar bundan heç də narahat olmamalıdır. Çünki qanunvericiliyə görə, təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin səfərbər edilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Yəni səfərbərlik üçün cəlb edilən nəqliyyat vasitəsi sıradan çıxarsa, yararsız hala düşərsə, vətəndaşın pulu tam ödənilir. Göstərdiyim nəqliyyat vasitələri Silahlı Qüvvələrə səfərbərlik zamanı və müharibə dövründə təqdim olunmalıdır. Digər detallar da qanunvericilikdə təsbit edilib.

Əsas məsələ QƏLƏBƏdir. Bunun üçün hər şey qurbandır: təkcə mal-mülkümüz yox, həm də canımız..."




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Hərbi