USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dubay Əmiri diplomatımızı medalla təltif edib


  • Media
  •  17:42 03.11.2023
  •  109
https://img.baki-baku.az/news/2023/11/photo_9490.jpg

Bu gün Azərbaycan Respublikasının Dubaydakı baş konsulu Cavidan Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum tərəfindən “Expo2020 Dubai” medalı ilə təltif olunub.

Baş konsulluqdan bildiriblər ki, bu medal BƏƏ hökuməti ilə “Expo 2020” beynəlxalq sərgisi çərçivəsində qarşılıqlı xüsusi səy və əməkdaşlığa görə Dubaydakı diplomatik nümayəndəliklər arasında yalnız Azərbaycan Respublikasının baş konsuluna təqdim edilib.

Qeyd edək ki, “Expo 2020 Dubai" beynəlxalq sərgisi çərçivəsində “Azərbaycan” pavilyonunda bir sıra möhtəşəm tədbirlər – “Azərbaycan günü”, turizm həftəsi, milli caz konserti, ölkəmizin müxtəlif dövlət və özəl biznes qurumlarının təqdimatları, konsert və sərgilər təşkil olunub. Diplomatik nümayəndəliyimiz bütün bu tədbirlərin keçirilməsində milli pavilyonumuzn təşkilatçısı Heydər Əliyev Mərkəzinə fəal kömək edib.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Media