USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rusiya KİV-lərindən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə böyük maraq var


  • Media
  •  13:56 21.09.2020
  •  315
https://img.baki-baku.az/news/2020/09/photo_929.jpg

Rusiyanın kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsini geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, TASS, İnterfaks və “RİA Novosti” federal informasiya agentlikləri, “REN TV”, “TVC”, “360 tv” telekanalları və digər KİV-lər Prezident İlham Əliyevin müsahibəsində söylədiyi fikirləri təqdim ediblər.

Materiallarda qeyd olunur ki, Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sülh danışıqlarının faktiki olaraq getmədiyini, Azərbaycanın imitasiya naminə danışıqlarda iştirak etmək niyyətində olmadığını vurğulayıb.

TASS agentliyinin xəbərində Prezident İlham Əliyevin Ermənistanı danışıqlar prosesini pozmaqda təqsirləndirməsi, Ermənistan rəhbərliyinin cəfəng bəyanatlarının, təxribat xarakterli addımlarının danışıqları mənasız etməsi barədə fikirləri yer alıb.

“TVC” kanalının materialında qeyd olunur ki, rəsmi Bakı ciddi bəyanatlarla çıxış edir. Prezident İlham Əliyev müsahibəsində Ermənistanın işğal altında olan Dağlıq Qarabağı qanunsuz şəkildə məskunlaşdırmasını “cinayət” adlandırıb.

“Pravda.ru” saytı yazır ki, Prezident İlham Əliyev Ermənistana xəbərdarlıq mesajı göndərərək deyib: “Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”.

“Moskovski komsomolets” qəzeti Prezident İlham Əliyevin Ermənistanın müharibəyə hazırlaşması, Azərbaycan tərəfində bu barədə ciddi kəşfiyyat məlumatlarının olması barədə fikirlərini tirajlayıb. Qəzet yazır ki, Azərbaycan dövlətinin başçısı ölkəsinin Ermənistanda heç bir məqsədi olmamasını, lakin təxribat davam edirsə, siyasətə yenidən baxılacağını deyib.

“Kommersant” qəzeti Prezident İlham Əliyevin Paşinyanın işğal olunmuş əraziləri qanunsuz məskunlaşdırma siyasətini sərt tənqid etdiyini yazır. Xəbərdə deyilir ki, Azərbaycan Prezidenti bunun Cenevrə Konvensiyasına zidd, cinayət olduğunu vurğulayıb.




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Media