USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Vikipediya”nın gürcü dili bölməsində Azərbaycana aid məqalələr zənginləşdirilir


  • Media
  •  17:08 20.10.2023
  •  135
https://img.baki-baku.az/news/2023/10/photo_9157.jpg

Bu günlərdə Gürcüstanın Marnueli rayonunda "Tea House"-da "İnkişaf və Təhsil Mərkəzi" və “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyinin, “Qorqud” Vikipediya Metodik Klubunun birgə təşkilatçılığı ilə "Wiki - Club Marneuli"-nin növbəti təlimi keçirilib. Bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib.

“Qeyd edim ki, bu müddət ərzində onlarla gənc Marneuli “Vikipediya” Klubunun layihəsindən faydalanıb, yüzlərlə məqalələr yaradılıb, çoxsaylı təlimlər keçirilib, könüllülər yerli və xarici konfranslarda iştirak ediblər. Sevindirici məqam odur ki, gənclərin inkişafı üçün qoyulan əmək hədər getmir, gec ya tez öz bəhrəsini verir. Bu günlərdə keçirilən təlimdə klubun yeni üzvləri də iştirak ediblər. Təlimlər “İnkişaf və Təhsil” Mərkəzinin sədri Emin Əhmədovun təşkilatçılığı ilə “Vikimedia” Fondunun Gürcüstan nümayəndəliyinin rəhbəri Mehman İbrahimov tərəfindən keçirilib. Xatırladım ki, layihə təşkilatlar arasında 6 oktyabr 2019-cu ildə imzalanmış memoranduma əsasən dörd ildir davam edir”, - o bildirib.

Anar ƏLİ




Redaktorun seçimi

Papikyan Cənubi Koreyada nə axtarır?
  • Daxili siyasət
  • 10:13 10.09.2024
Papikyan Cənubi Koreyada nə axtarır?
İran Rusiyaya qarşı, yoxsa “Sobhaniçilik”?
  • Daxili siyasət
  • 09:58 09.09.2024
İran Rusiyaya qarşı, yoxsa “Sobhaniçilik”?
Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”

Media