USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İraq mətbuatı erməni vəhşiliyindən yazıb


  • Media
  •  12:43 11.09.2023
  •  115
https://img.baki-baku.az/news/2023/09/photo_8149.jpg

Ermənistanın əsir götürdüyü Azərbaycan əsgərləri ilə vəhşicəsinə davranması haqqında İraq mətbuatında İraq-Azərbaycan Dostluq Cəmiyyətinin bəyanatı dərc olunub.

Qeyd edək ki, İraqın “Mustaqbil”, “Elamin”, “Alnahar” saytlarında bəyanatın mətni ön planda verilib. Mətndə diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində əlverişsiz hava şəraiti nəticəsində zəif görmə səbəbindən yolunu azmış Azərbaycan Ordusunun iki əsgəri Hüseyn Axundov və Aqşin Bəbirov ermənilər tərəfindən girov götürülüb.

Mətbuatda nümayiş olunan foto və videoların təhlili onu göstərir ki, bu iki əsgər vəhşicəsinə işgəncələrə və təhqirlərə məruz qalıblar. Bu da bütün beynəlxalq hüququn norma və qanunlarına kəskin dərəcə ziddir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində, Birinci Qarabağ müharibəsində 3 min 890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3 min 171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71-i yetkinlik yaşına çatmamış uşaq, 267-si qadın olub. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərinin, o cümlədən 29 uşaq, 98 qadın və 112 ahıl insanın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar var.

Bildirilib ki, Ermənistan Cenevrə konvensiyalarını və digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini kobud şəkildə pozur.

Biz, İraqdakı Azərbaycan xalqının dostları və sevənləri, bu cinayəti pisləyirik və beynəlxalq ictimaiyyəti Ermənistan hökumətinin əməllərinə hüquqi qiymət verməyə, Azərbaycan əsgərinin dərhal və qeyd-şərtsiz azad edilməsini təmin etməyə çağırırıq.

Bu hadisə Ermənistanın qəddar cəza formalarından, qeyri-insani və ya ləyaqəti alçaldan davranışlardan istifadə etməsini, azərbaycanlılara qarşı etnik nifrət və irqi ayrı-seçkiliyi yaydığını sübuta yetirir.

Bəyanatda vurğulanıb ki, Ermənistanın Azərbaycan torpaqlarının işğalı zamanı hərbi və mülki məhbuslara, itkin düşmüş insanlara qarşı törətdiyi zorakılıqları müvafiq beynəlxalq təşkilatlar araşdırmalı və müvafiq hüquqi qiymət verməlidirlər.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Media