- Daxili siyasət
- 17:54 23.09.2023
Ulu Öndər müstəqil və güclü Azərbaycanın inkişafının, Qələbəsinin yol xəritəsinin müəllifidir. Onun dövlətimiz üçün bir çox misilsiz xidmətləri olub.
Bunu avqustun 28-də keçirilən Ulu Öndərin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev, Böyük Lider” adlı beynəlxalq konfransda “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədr müavini, politoloq Xəyal Bəşirov söyləyib.
O bildirib ki, Ümummilli Liderin misilsiz xidmətlərindən biri hazırkı müasir, inkişaf edən, güclü və qalib Azərbaycanın banisi olmaqdırsa, digər əsas və əvəzolunmaz xidməti onun missiyasını uğurla sona çatdıran dahi lider, böyük şəxsiyyət və planetar təfəkkürlü siyasətçi İlham Əliyev kimi bir dövlət başçısını yetişdirməsi olub.