USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Heydər Əliyev dərsləri Xanım Mehriban Əliyevanın  beynəlxalq və  ictimai-siyasi  diplomatiya missiyasında


  • Media
  •  11:19 26.08.2023
  •  131
https://img.baki-baku.az/news/2023/08/photo_7800.jpg?v=MjAyMy0wOC0yNiAxMToyOTo0OA==

Ölkələr arasında dostluq münasibətlərinin möhkəmlənməsinə mədəniyyət və elm sahəsində əlaqələrin təsiri böyükdür.

Heydər Əliyev
Ulu öndər

Heydər Əliyev əlçatmaz , ideal və  mənim həyatımda əsas MÜƏLLİMDİR.

Mehriban Əliyeva
Birinci vitse-prezident

Ümummilli Lider Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” ideoloji, milli-dövlətçilik əqidəli bəyanatı Prezident İlham Əliyevin “Mən hər bir azərbaycanlının prezidentiyəm” strateji Yolu, Ulu Öndər məktəbindən dərs alan  Birinci vitse-prezident Xanım Mehriban Əliyevanın “Azərbaycanlı olduğuma görə çox qürurluyam” mənəviyyat məntiqi Azərbaycan xalqı+müstəqil dövlət+humanitar irs siyasi fəlsəfəsidir.

- Azərbaycan Qərblə Şərqin qovşağında yerləşir.  Ulu öndər beynəlxalq əlaqələr - geosiyasi, mədəni, ictimai-elmi, humanitar sahələrdə Azərbaycanın geostrateji birləşdirici körpü olmasını daim diqqətdə saxlayırdı. Ulu öndər Qərb və Şərq dövlətləri ilə qarşılıqlı əməkdaşlıq yaradır, dünya ölkələri ilə və regionda yaxın qonşuluq münasibətlərini tənzimləyirdi və bu siyasət hazırda da həyata keçirilir. Ulu öndər söyləyirdi: “Biz bütün qonşularımızla sülh şəraitində yaşamalıyıq” (1;55)

- Qərb və Şərq ölkələri ilə Ulu Öndər tərəfindən imzalanan ikitərəfli əməkdaşlıq hərbi, texniki, iqtisadi mədəni-əbədi və elmi istiqamətdə bərabər hüquqlu prinsiplərlə qarşılıqlı münasibətlər yaratmışdı. Türk Dövlətləri Təşkilatı ölkələri ilə əlaqələr hər zaman aktual olmuşdur.

-Azərbaycanın Qərb və Şərq ölkələrilə əlaqələr qurması Ulu Öndər məktəbinin yetirmələri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın da fəaliyyətinin mühüm  tərkib hissələridir.

- Xanım Mehriban Əliyevanın siyasi-ictimai həyatda formalaşması həm təşkilatçılıq istedadı, mükəmməl təhsili, praqmatik milli modernliyi, həm də taleyinə yazılmış Ulu öndər Heydər Əliyevin – Böyük Strateqin siyasət məktəbindən dərs almasıdır. Azərbaycanın Birinci Xanımı yazır ki: “Ulu öndər Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və yenilməz iradəyə malik olan insan idi. Eyni zamanda onun ailə üzvü olaraq demək istərdim ki, o, çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanla münasibətdə o, çox sadə və ədalətli idi”.(2)

-Ulu Öndər tərəfindən müəyyənləşdirilən dünya ölkələri ilə qarşılıqlı əməkdaşlıq siyasəti Heydər Əliyev məktəbinin örnək yetirməsi Xanım Mehriban Əliyeva tərəfindən yeni dünya düzəninə uyğun uzlaşdırılaraq, xeyriyyəçilik və mədəni humanitar diplomatiyada ehtiva olunur. Birinci vitse-prezidentin azərbaycançılıq ideologiyasına bağlılıq, dövlətçilik institutunun ictimai-siyasi-humanitar kontekstdə yüksəlişi naminə fəaliyyəti Azərbaycan xalqının ona bir ümid yeri kimi, məhəbbətini qazandırmışdır. Xanım Mehriban Əliyeva Qərb və Şərqdə ictimai-diplomatik humanitar fəaliyyəti ilə nümunəvi Qadın Liderdir.

 -Ulu Öndərin əsasını qoyduğu ictimai-mədəni diplomatiya strategiyası - dünyada Azərbaycanın  mədəni-elmi-əbədi irsinin tanıdılma siyasəti Heydər Əliyev Fondunun Prezidentinin rəhbərliyi ilə çoxistiqamətli layihələr ilə reallaşdırılır.

- Ulu Öndər Şərq ölkələrilə qarşılıqlı münasibətdə milli dəyərlərin əsas tutulmasını vacib maraq nöqtəsi hesab edirdi. Azərbaycan İƏT-ə 1991-ci ildə üzv oldu və 1994-cü ilin mayından Ulu Öndər İƏT-lə əlaqələr qurulması haqda sərəncam verdi. Məhz İƏT-lə mədəni, humanitar əlaqələrin genişlənməsində Birinci vitse-prezidentin də ardıcıl olaraq bu yolda fəaliyyəti vardır. Bu fəaliyyətə görə 2006-cı il 26 noyabrda Xanım Mehriban Əliyevaya İSESCO-nun xoşməramlı səfiri adı verilmişdir (6).

-Heydər Əliyev məktəbindən dərs alan Xanım Mehriban Əliyevanın xalqlararası və mədəniyyətlərarası dialoqun genişlənməsində də fəaliyyəti çoxşaxəlidir. Hələ 1995-ci ildə Xanım Mehriban Əliyevanın təşəbbüsü ilə “Azərbaycan Mədəniyyətinin Dostları Fondu” mədəniyyətin təbliği üçün “Azərbaycan-İrs” jurnalını təsis edibdir. Xanım Mehriban Əliyeva söyləyir ki: “Azərbaycanı əsrlər boyu müxtəlif sivilizasiyalarınmədəniyyətlərin, dinlərin, millətlərin nümayəndələrinin və qovuşduğu sülhsevər, qədim və bərəkətli torpaq kimi tanıtmaq istəyirik”(8).

-Xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2005-ci ildə Pakistanda zəlzələdən dağılan məktəbin yerində qızlar üçün, müasir məktəb tikilərək, texniki və dərs vəsaiti, kitablarla təmin edilərək istifadəyə verildi.

-2008-ci il 10-11 iyunda “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” Beynəlxalq Forumda  humanitar və mədəni sahədəki fəaliyyətinə görə Xanım Mehriban Əliyevaya “İƏT- in humanitar məsələlər üzrə xüsusi elçisi” statuslu Diplomu verildi (9). Şərq dövlətlərinin daxil olduğu İƏT-də bu yüksək ada layiq görünən ilk QadınXanım Mehriban Əliyevadır.

- Ulu Öndərin ailə, ana, uşaq sağlamlığı haqda verdiyi qanunlardan irəli gələn məsələlər, Xanım Mehriban Əliyevanın təşəbbüsü ilə zamana uyğunlaşdırılaraq Türk Dövlətləri Təşkilatı və Şərq ölkələri çərçivəsində həyata keçirilir.

- Azərbaycanda Birinci vitse-prezidentlik institutu təsisatına ilk dəfə Xanım Mehriban Əliyevanın təyinatı həm Azərbaycan, həm də dünya gender siyasəti tarixinə “Xanım Əliyeva” müraciətini daxil etdi. Bu təyinat siyasi hakimiyyət platformasında, idarəetmə strukturu sahəsində Azərbaycan Qadınının Liderlik-Rəhbər imkanlarının təsdiqlənməsi komponentləridir. “Təsadüfi deyil ki, hüquqları pozulan insanlar Prezident Administrasiyasından daha çox vitse-prezident kabinetinə gedir”- deyə regnum.ru saytı yazır. (4) Bu Ulu Öndərin ictimai-mədəni diplomatiya Yoludur.

-  Xanım Mehriban Əliyevanın fəaliyyəti Azərbaycanda “Qadın lider” fenomeninin, idarəetmədə “Qadın Rəhbər” obrazının gender siyasi mədəniyyəti mətnində təcəssümüdür. Azərbaycanın Birinci vitse-prezidentinin təşəbbüsü ilə paytaxtın, respublikanın əksər yerlərinin və işğaldan azad olunan Qarabağın memarlıq simasının modernləşməsi, yenilənməsi, dünyanın müasir, baxımlı, gəzməli, görməli turizm şəhər və rayonlarına çevrilməsi gerçəkliyidir.

-   Birinci vitse-prezident  Ulu öndər Heydər Əliyevin Milli inkişaf strategiyası, Prezident İlham Əliyevin modernləşmə və innovativ dayanıqlı inkişaf kursuna dəstəyi, bu sahədə xidmətləri də danılmazdır. Əsrlərdən gələn Azərbaycan muğamına, milli aşıq musiqisinə, xalçaçılıq kimi xalq sənətlərinə və digər mədəni trendlərimizə yeni çalar verilməsi, bu ənənəvi irsimizin dünyaya tanıdılması da Xanım Mehriban Əliyevanın ictimai-mədəni diplomatiyada fəaliyyəti komponentlərindəndir.

-“Avroviziya” müasir ­musiqi müsabiqəsi, Avropa və İslam ölkələri idman oyunları və s. müxtəlif musiqi və idman ­yarışlarının ­reallaşmasında Birinci vitse-prezidentin gərgin əməyi, yorulmaz zəhməti, təşkilatçılıq istedadı yüksək dəyərləndirilir ki, bu da Xanım Mehriban Əliyevanın beynəlxalq - ictimai-mədəni diplomatiyada roludur.

- Birinci vitse-prezident öz fəaliyyətində əsasən, irimiqyaslı mədəni, humanitar, ictimai layihələri çoxyönlü istiqamətdə inamla, ardıcıllıqla gerçəkləşdirməkdədir. Bu: 

- Ölkənin sosio-iqtisadi-dayanıqlı inkişaf kursu və işğaldan azad edilən Qarabağda Böyük Qayıdış  Proqramı ilə bağlı kompleks layihələrin həyata keçirilməsində yaxından iştirakla;

- Müstəqil respublikanın sistemli ictimai-mədəni, sosio-humanitar bir “Azərbaycan modeli” trendinin dünyada tanıdılmasında dövlət siyasətinə dəstək vermək, Azərbaycan ictimai diplomatiyasının inkişaf yolunda fəaliyyəti ilə;

-Xanım Əliyeva diqqətçil və həssas bir Azərbaycan vətəndaşı mövqeli Qadın Lider olaraq Vətənin ağır, çətin məqamlarında - istər Aprel döyüşləri, istər Tovuz hadisələri zamanı, istərsə 44 günlük Vətən müharibəsi, həm ağır COVID-19 pandemiyası, həm də Postmüharibə  zamanında Azərbaycan xalqının həmdəmi, ­doğması kimi Ümid Yoluna işıq salmaqla;

- “Sizin Mehriban” imzası ilə Azərbaycan xalqına ünvanlanan çağırış və müraciətlərindəki səmimilik, vətənsevərlik, qayğıkeşlik  hər bir ölkə vətəndaşına onu bir daha yaxınlaşdırdı və “Bizim Mehriban xanım” adı milyonların məhrəm müraciətinə döndü. Birinci xanım şəhid ana, bacı və övladlarının ağrılarına həssas yanaşması ilə Vətən yolunda qurban gedənlərə bir Qadın Rəhbər kimi hörmət və qayğını daim nəzərdə saxlayır. Bu ehtiramda, ülvi ünsiyyətdə vətənkeş bir Ana ürəyinin,  Dövlət Xadiminin milli xarakteri inikas olunur;

- Birinci vitse-prezident cəmiyyətin həssas qruplarının problemlərinin həll olunması, müxtəlif mədəniyyətliliyin qorunmasında, çoxsaylı ictimai-mədəni layihələrin reallaşmasına stimul verir ki, bu ölkədə ictimai diplomatiya örnəyidir. Belə ki, 2023-cü il 6 fevral Türkiyədə baş verən faciəvi zəlzələyə həm mənən, həm də humanitar missiya ilə yardım göstərən Heydər Əliyev Fondunun Rəhbəri kimi həssaslıq da Qardaşlıq və Dostluğa sadiq dəyərdir.      

-Xeyirxahlıq Birinci vitse-prezidentin amalında, şəfqət-mənəviyyatında, dövlətçiliyə sədaqət-əqidəsindədir. Birinci vitse-prezident xarizmatik obrazı, kreativ təşkilatçılığı ilə Azərbaycan qadınının modern göstəricisidir. Xanım Mehriban Əliyeva diqqətə yetirir ki: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır”.(3)

Prezident İlham Əliyevin islahatçılıq, hərtərəfli tərəqqi və Qarabağın dirçəlişi, Böyük Qayıdış   kursunda Birinci vitse-prezidentin “Güclü Dövlət - Rifahlı cəmiyyət” prioritetinə dəstəyi önəmli yer tutur. Xanım Mehriban Əliyeva qeyd edir ki, “Elm, texnologiya və innovasiya dünyada cəmiyyətlərin sosioiqtisadi inkişafının aparıcı qüvvəsidir”(5).

-“İnkişaf məqsədimizdir” hədəfini və “Modern Azərbaycan modeli”ni məqsədyönlü fəaliyyəti ilə gerçəkləşdirən dövlət başçısı İlham Əliyevin liderliyiBirinci vitse-prezident Mehriban Əliyevanın Birinci Xanım və Qadın Lider missiyası müsbət bir gender siyasəti paradiqması olmaqla, ümummilli lider Heydər Əliyevin Milli inkişaf ideoloji xəttinin davam etdirilməsinə xidmət edir.

-Prezident İlham Əliyevin 2015-ci il 29 iyun tarixli Sərəncamı ilə Xanım Mehriban Əliyeva Respublikada mədəniyyətin, təhsilin, səhiyyənin və idman inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və Birinci Avropa oyunlarının təşkilində böyük xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilmişdir (7). Xanım Mehriban Əliyevanın ən yüksək mükafat - “Heydər Əliyev” Ordeni ilə təltif edilməsi onun fəaliyyətini göstərən ən ali dəyərdir.

-“Tanrı Azərbaycanı qorusun”daim Qadın Rəhbər, Humanist Ana duyğusu ilə söyləyən, xalqın sevimlisi xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyev Dövlət Qadın Siyasətini müasir Azərbaycanın milli dövlət idarəetmə siyasətində ilk olaraq Birinci vitse-prezidentlik institutunda formalaşdıran, Prezident İlham Əliyevin “Güclü Azərbaycan dövləti” modelinin gerçəkləşdirilməsində rolu olan, Heydər Əliyev məktəbinin yetirməsi, modern Azərbaycan Qadın Rəhbər obrazını ölkədə və beynəlxalq aləmdə ictimai-humanitar diplomatiyada əks etdirən, dünya gender siyasəti tarixində adı yazılan Qadın Dövlət Xadimidir.

Fikrimizi Xanım Mehriban Əliyevanın sözləri ilə yekunlaşdıraq. “Heydər Əliyev dərslərinin mahiyyətini onun həmyaşıdları bu gün də öyrənirlər. Heydər Əliyev tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı, 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran vətəndaş, şəxsiyyət, Liderdir” (3).

 

Ədəbiyyat siyahısı:

  1. Heydər Əliyev “Müstəqillik Yolu” B., 1997
  2. Rəna.Mirzəzadə “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ulu öndər Heydər Əliyev haqda xatirələrindən” Bax: http://yap.orq.az/az/view/news/57076
  3. President.az/az/articles/view/22854.21fevral2017
  4. Bax:regnum.ru.2019 22 noyabr
  5. https://president.az/az/articles/view/50590. 11.02.2023
  6. Azərtac. 26 noyabr 2006-cı il. Xanım Mehriban Əliyevaya İSESCO-nun xoşməramlı səfiri adı verildi.
  7. Azərbaycan qəzeti, 30 iyun 2015-ci il. Prezident İlham Əliyevin Mehriban Əliyevanın “Heydər Əliyev Ordeni” ilə təltif edilməsi haqda Sərəncamı
  8. Mehribanaliyeva.preslib.az/media-up BG4fVsuT.html
  9. AzərTac. 11 iyun, 2008-ci il. Xanım Mehriban Əliyevaya İƏT-in diplomu verildi.

Rəna Mirzəzadə,
Professor, AMEA FSİ  “Siyasətin fəlsəfəsi və 
osiologiyası” şöbəsinin müdiri

 

 

 




Redaktorun seçimi

“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası
“İki pərdəlik” ifşa
  • Daxili siyasət
  • 09:36 18.07.2024
“İki pərdəlik” ifşa
Mirzoyan “sülh göyərçini” qiyafəsində
  • Daxili siyasət
  • 09:32 18.07.2024
Mirzoyan “sülh göyərçini” qiyafəsində
“Freedom House” ciddiliyini itirib
  • Daxili siyasət
  • 11:16 17.07.2024
“Freedom House” ciddiliyini itirib

Media