USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Televiziyaların dili monitorinq aynasında" adlı tədbir keçirilib


  • Media
  •  13:24 02.03.2022
  •  222
https://img.baki-baku.az/news/2022/03/photo_6444.jpg

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən “Televiziyaların dili monitorinq aynasında" adlı tədbir keçirilib.

APA xəbər verir ki, 12 televiziya kanalında aparılmış monitorinqin nəticələrinin ictimaiyyətə açıqlanması məqsədilə keçirilən tədbirdə mərkəzin əməkdaşları, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının üzvləri, AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı alimləri, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov, dövlət qurumlarının əməkdaşları, televiziya kanallarının rəhbər və məsul şəxsləri, tanınmış aparıcılar ve digər fəxri qonaqlar iştirak ediblər.

Mərkəzin direktoru Sevinc Əliyeva bildirib ki, dövlət dilinin tətbiqinə nəzarət, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasının təmin olunması əsas fəaliyyət istiqamətləri kimi qurumun Nizamnaməsində öz əksini tapıb. O deyib ki, bu monitorinqlərin aparılmasında məqsəd yalnız qüsurların müəyyən edilməsi deyil, həm də onların aradan qaldırılmasıdır.

Tədbirdə radioların monitorinqinin başa çatması və hazırda gündəlik qəzetlərin monitorinqinin aparılması barədə də məlumat verilib.

"Televiziyaların dili monitorinq aynasında" adlı məruzə ilə çıxış edən direktor müavini dosent Gülarə Əmirova televiziya kanallarında aparılan monitorinqin nəticələri ilə bağlı statistik məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Digər çıxışlarda Azərbaycan dili ahəngliliyi və nizamlılığı baxımından dünya dilləri içərisində özünəməxsus dil kimi səciyyələndirilib, milli varlığımız və kimliyimizin göstəricisi olan ana dilinin saflığının qorunması istiqamətində Mərkəzin fəaliyyəti yüksək qiymətləndirilib, Monitorinq Mərkəzinin Müşahidə Şurasının üzvləri, görkəmli dilçi alimlər və ziyalıların, media nümayəndələrinin yaxından iştirak etdiyi müzakirədə kütləvi informasiya vasitələrində yazılı və şifahi nitqdə yol verilən nöqsanların aradan qaldırılması ilə bağlı tövsiyə və təkliflər səsləndirilib.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Media