- Daxili siyasət
- 17:54 23.09.2023
Avropa Şurasının Azərbaycandakı Ofisinin rəhbəri, səfir Zoltan Hernyeş Medianın İnkişafı Agentliyində (MEDİA) olub.
APA-nın xəbərinə görə, Agentliyin İcraçı direktoru Əhməd İsmayılov qonaqlara ölkədə media islahatlarının gedişi və “Media haqqında qanun” barəsində məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.