USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Meksikada jurnalist qətlə yetirilib


  • Media
  •  11:12 18.01.2022
  •  224
https://img.baki-baku.az/news/2022/01/photo_6071.jpg

Meksikanın ABŞ-la sərhəddə yerləşən Tixuana şəhərində jurnalist qətlə yetirilib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, 49 yaşlı fotojurnalist Marqarito Martinez evinin yaxınlığında başından odlu silahla vurularaq öldürülüb.

On ildən artıq bir müddətdə Tixuanada bir neçə yerli və beynəlxalq media orqanında çalışmış M. Martinez şəhərdəki cinayətkar dəstələr və zorakılıq hadisələrini işıqlandırıb.

Meksikalı jurnalist qətlindən bir müddət öncə müxtəlif təhdidlər aldığından jurnalistlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyan dövlət mühafizə proqramına daxil edilib.

Tixuana narkotik kartelləri arasındakı qarşıdurmalara görə Meksikada ən ağır kriminogen şəhərlərdən biri hesab olunur.

M. Martinez bu il Meksikada öldürülən ikinci jurnalistdir. Ötən həftə jurnalist Xose Qamboa ölkənin cənub-şərq əyaləti olan Verakruzda qətlə yetirilib.

2000-2021-ci illər ərzində Meksikada 145 jurnalistin öldürüldüyü bildirilir.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Media