USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Media haqqında" qanun eket jurnalistikasının, qeyri-şəffaf mühitin aradan qalxmasına səbəb olacaq


  • Media
  •  12:15 28.12.2021
  •  429
https://img.baki-baku.az/news/2021/12/photo_5959.jpg

“Bu qanun layihəsi, ümumiyyətlə, media sahəsini əhatə etmir, media subyektləri üçün hüquqi bazadır”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisdə “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı “APA Media Group”un baş direktoru Vüsalə Mahirqızı deyib.

V. Mahirqızı bildirib ki, qanun layihəsinin geniş ictimai müzakirəsi keçirilib: “Açığı, son illərdə hansısa qanun layihəsinin bu qədər müzakirə olunduğunu xatırlamıram. Hesab edirəm ki, sosial mediada cəmiyyətin bütün tərəfləri qanun layihəsinə fikrini bildirib, müzakirələrdə iştirak etdilər”.

Baş direktor qeyd edib ki, “Media haqqında” qanunla bağlı iki yol var: “Birinci yol budur ki, qanun olmur, özünütənzimləmə yolu seçilir. Təcrübə göstərir ki, bu, hələ çox tezdir. Əgər qəbul ediriksə ki, qanun olmalıdır, o zaman indiki qanunun daha çox məhdudlaşdırıcı olduğunu qəbul etməliyik. Hazırkı qanun keçmişdir, yenilənməlidir”.

V. Mahirqızı vurğulayıb ki, qanun layihəsinin fəlsəfəsi media subyektlərinin bazar oyunçuları kimi formalaşmasına, şirkətləşməyə imkan verir: “Əgər kimsə sərbəst media fəaliyyəti ilə məşğul olmaq istəyirsə, youtuber, bloger olmaq istəyirsə, qanun buna mane olmur. Hazırda mediaya vergi tətilləri, vergi güzəştlərinin verilməsi ilə bağlı müzakirələr gedir. Dövlət Vergi Xidmətinin ilk sualı budur ki, vergi güzəştlərini kimə verəcəyik? Dövlət bilməlidir ki, hansı media subyektlərinə vergi güzəştlərini verəcək, bu vəsait hansı həcmdə olmalıdır və bu büdcəyə nə qədər vəsaitə başa gələcək? Buna görə də Media Reyestri olmalıdır. Bəziləri mediaya güzəştlərin verilməməsinin tərəfdarı ola bilər, onlar media reysertində olmaya bilər. Mən hesab edirəm ki, mediaya güzəştlərin verilməsi lazımdır. Necə ki hazırda inkişafa ehtiyacı olan müxtəlif sahələrə güzəştlər var, eynilə də medianın inkişafa ehtiyacı var. Qanunun fəlsəfəsi də buna yönəlib. Yavaş-yavaş mediada şirkətləşmə ənənəsi artmalıdır”.

Başqa ölkələrin təcrübəsindən danışan V. Mahirqızı diqqətə çatdırıb ki, media biznes sahəsidir: “Mən qanunu bu baxımdan dəstəkləyirəm. Çox yaxşı oldu ki, internet televiziyaları, platforma yayımçıları ilə bağlı təklif qəbul olundu. Yalnız platforma üzərindən yayımlanmaq istəyənlər lisenziya üçün müraciət edə bilərlər. Çox yaxşıdır ki, qanunun bəzi tələbləri imperativ xarakter daşımır. Tələblər reyestrə düşmək və qanun çərçivəsində fəaliyyətlə məşğul olmaq istəyənlər üçündür. Qanunun dili də çox yaxşıdır". Baş direktor deyib ki, qanunun icrasında söhbət daha çox niyyətdən gedir: “Bu gün burada olan media rəhbərləri də, cəmiyyət də, dövlət də bir çox hallarda medianın indiki durumundan narazıdırlar. Halbuki biz hazırda Venesiya Komissiyasının dəstəklədiyi və çox yüksək qiymətləndirdiyi qanunla işləyirik. Yəni məsələ qanunun kağız üzərindəki forması yox, onun tətbiqi və burda nümayiş olunan niyyətdir”.

V. Mahirqızı hesab edir ki, yeni qanunun qəbulu ilə mediada şirkətləşmə, peşəkarlaşma mərhələsinə keçməyə daha çox nail olacağıq: “Bu da reket jurnalistikasının, qeyri-şəffaf mühitin aradan qalxmasına səbəb olacaq”.




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Media