USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Taliban” hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstanda jurnalistlərə qarşı 30 hücum qeydə alınıb


  • Media
  •  09:13 28.10.2021
  •  242
https://img.baki-baku.az/news/2021/10/photo_5496.jpg

Radikal “Taliban” hərəkatı tərəfindən ölkədə hakimiyyət ələ keçirildikdən sonra Əfqanıstanda jurnalistlərə qarşı 30-dan çox zorakılıq hadisəsi qeydə alınıb.

APA-nın “TOLO news”a istinadən məlumatına görə, bu barədə çərşənbə günü Kabildə keçirdiyi mətbuat konfransında Əfqanıstan Jurnalistlər Milli Birliyinin sədri Məsrur Lütfi bildirib.

O, son günlər ölkədə jurnalistlərin vəziyyəti ilə bağlı ətraflı təhlil apardıqlarını açıqlayıb: “Əfqanıstanda yeni hökumət qurulandan bəri həmkarlarımıza qarşı 30-dan çox zorakılıq faktı müəyyən etdik. Bütün hadisələrin təxminən 90%-i “Taliban”la əlaqəli qüvvələr tərəfindən törədilib”.

Lütfi diqqətə çatdırıb ki, jurnalistlər çox vaxt radikalların tətbiq etdiyi məhdudiyyətlər səbəbindən məlumat çatışmazlığı və ya ona tam çıxışın olmaması ilə üzləşirlər.

Bu arada müvəqqəti hökumətin Daxili İşlər Nazirliyinin sözçüsü Səid Xosti söz verib ki, radikal hərəkat hazırda jurnalistlərin təhlükəsizliyini təmin etmək üçün səylər göstərir. Xosti əlavə edib ki, Əfqanıstan səlahiyyətliləri ayrı-ayrı insidentləri təhlil edərkən cinayətkarları müəyyən edib və onları media işçilərinə qarşı təhqiramiz hərəkətlərə görə saxlayıblar.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Media