USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İşdə məhəbbət macarasına görə vəzifədən uzaqlaşdırıldı


  • Media
  •  13:45 19.10.2021
  •  268
https://img.baki-baku.az/news/2021/10/photo_5419.jpg

"Axel Springer SE" nəşriyyat və media qrupu Yulian Rayheltin Almaniyanın məşhur "Bild" qəzetinin baş redaktoru vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.

APA-nın məlumatına görə, bu barədə "Axel Springer"in bəyanatında deyilir.

Bildirilir ki, şirkət rəhbərliyi şəxsi və peşə məsələləri arasında dəqiq bir xətt qoymayan və bu məsələdə şirkətin İdarə Heyəti ilə vicdanlı olmayan cənab Rayheltin son davranışlarından xəbərdardır.

Xatırladaq ki, bu qərar daha öncə "The New York Times" qəzetində cənab Rayheltin eşq macəraları haqqında dərc olunmuş məqalədən sonra qəbul edilib.

Xatırladaq ki, Yulian Rayhelt dörd ildən çoxdur "Bild"ə rəhbərlik edir. Son illər ərzində onun tabeliyində olanlarla yaxın əlaqələr qurduğu, rəfiqələrini karyera pilləkəninə yüksəltdiyi və ayrıldıqdan sonra vəzifələrini aşağı saldığı barədə şayiələr yayılmağa başlayıb. Daha sonra söhbət "Bild"in sahibi olan "Axel Springer SE" rəhbərliyinə çatıb. Baş redaktorun özü ittihamları rədd edib və dəvət olunmuş vəkillər daxili yoxlama apardıqdan və cənab Rayheltin səhvlər etdiyini, lakin qanunsuz bir şey etmədiyi qənaətinə gəldikdən sonra Yulianın vəzifədə qalmasına icazə verilib. "The New York Times"ın dərc etdiyi məqalədən sonra da baş redaktor şəxsi və peşə maraqlarını qarışdırmağa davam edib. Bu da onun işdən çıxarılmasına səbəb olub.




Redaktorun seçimi

Pekin Avropa səfərindən nə gözləyir?
  • Daxili siyasət
  • 11:44 07.05.2024
Pekin Avropa səfərindən nə gözləyir?
Revanşistlərin kürklərinə birə düşüb
  • Daxili siyasət
  • 10:17 04.05.2024
Revanşistlərin kürklərinə birə düşüb
Keşiş Baqratın hipnoz seansı
  • Daxili siyasət
  • 10:15 04.05.2024
Keşiş Baqratın hipnoz seansı
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
  • Daxili siyasət
  • 10:03 04.05.2024
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
İrəvan piramidasında legitimlik düsturu
  • Daxili siyasət
  • 14:04 03.05.2024
İrəvan piramidasında legitimlik düsturu

Media