USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

Əhməd İsmayılov: ""Media haqqında” qanun layihəsi yekunlaşmaq üzrədir"


  • Media
  •  11:31 12.10.2021
  •  20
https://img.baki-baku.az/news/2021/10/photo_5326.png

“Yeni hazırlanan “Media haqqında” qanun layihəsi yekunlaşmaq üzrədir”.

APA-nın məlumatına görə, bunu “Media etikası jurnalist peşəkarlığının əsas prinsipidir” mövzusunda keçirilən onlayn tədbirdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.

 

Onun sözlərinə görə, layihə yekunlaşmalıdır ki, onu müzakirəyə çıxarmaq mümkün olsun: “Ola bilsin hansısa maddələrə dəyişiklik olsun. Layihə yekunlaşdıqdan sonra aidiyyəti üzrə təqdim ediləcək”.

O qeyd edib ki, doğru, obyektiv informasiyanın yayılması ilə bağlı monitorinqlər medianın bu istiqamətdə bir çox irəliləyişlər əldə etdiyini göstərir: “Jurnalistika etikası pozulanda cəmiyyətin normal informasiya alması da pozulur və mediaya inam azalır. Jurnalistika prinsiplərinə əməl etməklə ənənəvi, peşəkar mediaya olan etimadı geri qaytara bilərik. İnformasiyanın düzgün mənbəyi biz və mediadır. 44 günlük müharibə zamanı böyük qələbə əldə etmişik, bu baxımdan yeni reallıqları dünya ictimaiyyətinə çatdırmaq üçün mediamız var gücü ilə çalışır. Jurnalist etikasını itirsək, bu, geri dönməyən yol olacaq. Bunun da cəmiyyət və dövlət üçün heç bir faydası olmaz. Bu məsuliyyəti hiss etməliyik. Bu zaman media olaraq kommunikasiya funksiyamızı yerinə yetirə bilmərik. Doğru, düzgün informasiya vermək jurnalistin özünü və çalışdığı medianın nüfuzunu qaldırır və daha etibarlı sayılır. Bu isə onun gələcəkdə biznes inkişafı baxımdan da kömək ola bilər”.




Redaktorun seçimi

İranı Ermənistan dağıdacaq
  • Siyasi təhlil
  • 18:07 06.10.2021
İranı Ermənistan dağıdacaq

Media