USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Tanınmış fotojurnalist Reza Deqati yeni televiziya layihəsinə başlayıb


  • Media
  •  16:18 11.10.2021
  •  260
https://img.baki-baku.az/news/2021/10/photo_5321.jpg

Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati “Azad Azərbaycan” telekanalında “Foto Diqqət!” adlı yeni birgə layihənin icrasına başlayıb.

Sentyabr ayının 27-dən etibarən başlayan layihə çərçivəsində dünyaca məşhur fotoqrafın Birinci və İkinci Qarabağ müharibələri dövründə çəkdiyi fotoşəkillər videohekayə formatında izləyicilərin diqqətinə çatdırılır. Sözügedən videohekayələrdə müharibənin məhv etdiyi insan taleləri, eləcə də Azərbaycan əsgərinin şücaəti əks etdirilir. Reza Deqati çəkdiyi hər bir fotonun tarixçəsindən bəhs edərək vaxtilə işğal altında olan və dağıntıya məruz qalan ərazilərimizdə baş verənləri şəkillər vasitəsilə nümayiş etdirir.

Qarabağ həqiqətləri barədə mütəmadi olaraq dünya ictimaiyyətini və beynəlxalq medianı məlumatlandırdığını vurğulayan R. Deqati "Foto Diqqət!" layihəsini 44 günlük müharibədə qələbəyə imza atmış Azərbaycan xalqına hədiyyə etdiyini bildirib.

"Azərbaycanla bağlı həqiqətləri fərqli dillərdə və müxtəlif platformalarda paylaşmağa davam edəcəm. Bu məsuliyyətli işin icrasında ADA  Universiteti də öz dəstəyini əsirgəmir. Universitetlə birgə həyata keçirdiyimiz layihə çərçivəsində 30 ilə yaxın müddət ərzində Qarabağ müharibəsilə bağlı çəkdiyim arxiv şəkillərimi sərgiləyəcəm", - deyə fotojurnalist əlavə edib.

Qeyd edək ki, 44 bölümdən ibarət olan birdəqiqəlik videohekayələri "Azad Azərbaycan" telekanalında axşam saat 20:30 xəbərlərindən dərhal sonra izləmək mümkündür. Hekayələr noyabr ayının 10-dək nümayiş etdiriləcək.

Layihənin tanıtım çarxına keçid vasitəsilə nəzər sala bilərsiniz:

https://bit.ly/3uCPra5

Reza Deqatinin rəsmi sosial media hesabında Qarabağ müharibəsini əks etdirən şəkillərlə tanış olmaq mümkündür:

https://bit.ly/3ajtqnn




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Media