USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Klayd, Roberta, KİV və elektrik stulu


  • Media
  •  09:54 29.09.2021
  •  500
https://img.baki-baku.az/news/2021/09/photo_5178.jpg

Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri

__________________________________________________________________________________

Teodor Drayzerin 1925-ci ildə çapdan çıxmış “Amerika faciəsi” əsərini yəqin çoxunuz oxumusunuz. Əsərin qəhrəmanı Klayd Roberta adlı xanımla tanış olur. Aralarında eşq macarası yaşanır. Elə olur ki, Roberta Kladdan hamilə qalır. Drayzer əsərdə o dövrün Amerika cəmiyyətini təsvir edərkən məlum olur ki, Klaydın yalnız bir çıxış yolu var – Roberta ilə evlənmək. Yəni uşağı götüzdürmək olmaz, qanunlar o qədər sərtdir ki, hətta bu barədə hansısa həkimə söz demək belə mümkünsüzdür. Klayd isə Roberta ilə evlənmək istəmədiyindən vəziyyətdən başqa çıxış yolu axtarır. Anidən gözünə qəzetlərin birində yer almış bədbəxt hadisədən bəhs edən material sataşır. Materialda bir oğlanın qızı öldürməsindəki təfərrüatlar açıqlanır. Məlum olur ki, qəzet materialında haqqında bəhs olunan şəxs həyatına qəsd etmək istədiyi qızı qayıqla gəzintiyə aparıb. Özü qəsdən qayığı çevirib ki, üzə bilməyən sevgilisi boğulsun. Klayd uzun çək-çevirdən sonra eyni hərəkəti münasibətdə olduğu xanıma, yəni Robertaya qarşı etmək qərarına gəlir və planını gerçəkləşdirir.

Keçim mətləbə və əvvəla onu deyim ki, indi haqqında söz açacağım məsələ barədə çox yazılıb, çox deyilib. Elə mənim özüm bu haqda bir neçə yazı yazmışam. Amma təəssüf ki, tövsiyələrin tam mənada nəticə verdiyini söyləmək mümkünsüzdür. Hələ bəzən əndazəni tam aşma meyllərini görürük. Söhbət kütləvi informasiya vasitələrində kiminsə kimisə qətlə yetirməsindəki ayrıntıların, həmçinin milli mentalitetə zidd, milli dəyərləri təhdid edən forma və metodların açıq şəkildə yazılmasından gedir. Bir yazımda bildirmişdim, yenə də deyirəm ki, mən həmin nümunələri misal kimi göstərməkdən sadəcə utanıram. Amma baxıram kimlərsə yumşaq desəm, qətiyyən utanmırlar. Əslində buna utanmamaq da demək olmur, sadəcə nə yazdıqlarını düşünmürlər. Nə deyim ola bilərmi ki, kimsə atanın qızını zorladığına dair xəbərin cəmiyyətdə doğuracağı ikrah hissini düşünməsin?.. Bəli, belələri var və onlar qaldıqca gərək bizlər dayanmadan yazaq, bu cür jurnalistikanın yolverilməzliyi üzərində dayanaq. Görünür, başqa çıxış yolumuz yoxdur.

Drayzerin “Amerika faciəsi”nə nəyə görə müraciət etməyimin səbəbi isə məhz o qəzet materialıdır. O material ki, Klaydın qərar verməklə bağlı axtarışlarına cinayət xarakterli yön verdi, motiv gətirdi. Demək ki, Klayd nəşrin səhifəsindən sevgilisini qayıq gəzintisinə aparıb suda boğan şəxs barədə oxumasaydı, cinayət törətməyəcəkdi, ola bilər hansısa başqa çıxış yolu tapacaqdı, bəlkə elə Roberta ilə evlənib xoşbəxt olacaqdı. Yəni əziz həmkarlar, yazdıqlarımız cəmiyyətə təsir göstərir. İndi qəzet oxuyan olmasa da, maşallah internet resurslar çoxdur və kifayət qədər populyarlıq qazanmışları az deyil.

Məsələnin digər tərəfini də düşünək. Baxın, mediamız intihar hadisələrini işıqlandırmağa meyllidir. Təsəvvür edin ki, Klayd münasibətdə olduğu xanımla bağlı nə edəcəyini düşünürdüsə, elələri var ki, affekt durumdadır, deyək ki, sevgilisi ondan uzaqlaşıb və fövqəladə nə isə etmək istəyir. Bu zaman gözü saytların birində yazılmış, məsələn “Sevgilisindən ayrıldığı üçün intihar etdi” başlığına sataşır. Beləliklə KİV həmin şəxs üçün düşdüyü durumdan çıxış yolunu göstərmiş oldu. Əgər buna çıxış yolu demək mümkündürsə...

Yeri gəlmişkən, onu da deyim ki, Drayzerin əsərindəki Klayd törətdiyi əmələ, yəni Robertanın suda boğulmasına şərait yaratdığı üçün elektrik stulunda edam olunur. Yəni qəzet materialı Roberta ilə yanaşı onun da həyatını puç edir, faciəli sonluq onu da yaxalayır.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Əflatun Amaşov