USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dünya şöhrətli fotoqraf Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub - FOLOLENT


  • Media
  •  17:15 23.09.2021
  •  246
https://img.baki-baku.az/news/2021/09/photo_5126.jpg

Bu gün dünya şöhrətli fotorepartyor Reza Deqati Azərbaycan Mətbuat Şurasında olub.

Qonağı qarşılayan MŞ sədri Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumla bağlı məlumat verərək bildirib ki, Şura Azərbaycanda medianın özünütənzimləməsini həyata keçirən, jurnalistlərin özlərinin formalaşdırdıqları qurumdur. İkinci Qarabağ Müharibəsi reallıqlarının, Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması məsələlərindən söz açan Ə.Amaşov məsələnin ölkəmiz üçün əhəmiyyətindən söz açıb. O bildirib ki, Azərbaycan zaman-zaman dünyanın ikili standartlar siyasətindən əziyyət çəkib. Bu baxımdan müharibədə baş verənlərin olduğu kimi çatdırması xüsusi önəm daşıyırdı. Bunu reallaşdıran hər biz şəxs azərbaycanlıların sevimlisidir. Bu baxımdan R.Deqati də Azərbaycan cəmiyyətinin rəğbət bəslədiyi sənət adamıdır. Ə.Amaşov R.Deqatinin İkinci Qarabağ Müharibəsi dönəmindəki fəaliyyətindən söz açaraq bu işi böyük fədakarlıq kimi dəyərləndirib. O, rəhbərlik etdiyi qurumun fəxri diplomunu qonağa təqdim edib.

R.Deqati Azərbaycana hər gəlişinin bir məqsəd daşıdığını vurğulayaraq bildirib ki, ermənilər işğal altında saxladıqları Qarabağın mədəniyyətinə böyük zərər vurublar, ekoloji terror həyata keçiriblər, qəbirstanlıqlarda vəhşiliklər törədiblər, şəhərləri, kəndləri viran qoyublar.  Səfərdən məqsəd bunları çəkmək və dünya ictimaiyyətinə çatdırmaqdır. O, Azərbaycanda hər zaman böyük diqqət və qayğıyla qarşılandığını deyib və bu amilin onu yaradıcılıq üçün daha da həvəsləndirdiyini dilə gətirib. R.Deqati həmçinin Azərbaycan Mətbuat Şurası rəhbərliyinə əməyinə verilən qiymətə görə təşəkkürünü bildirib.

Toplantıda çıxış edənlərdən MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, MŞ İdarə Heyətinin üzvləri – “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Bayraqdar.info” saytının baş redaktoru Azər Həsrət, “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafail Becanov da öz növbələrində R.Deqatinin istər birinci, istərsə də ikinci Qarabağ müharibəsindəki fəaliyyətinə toxunublar. Onlar bu fəaliyyətin önəmini informasiya savaşındakı mühüm amillərdən biri kimi dəyərləndiriblər.




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Media