USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib


  • Media
  •  15:02 10.08.2021
  •  233
https://img.baki-baku.az/news/2021/08/photo_4647.jpg

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Birinci məsələ Bakı şəhəri Yasamal rayonu 1 Alatava 3 d ünvanında yaşayan Radə Abbasın (Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri) «Azerbaycanreallıqı.com» və «Xeberfakt.az» saytlarına qarşı şikayəti olub, şikayətçi saytların onun barədə yalan məlumatlar yaydığını iddia edib. Hər iki sayta tövsiyə edilib ki, tənqid obyektinin mövqeyi öyrənilmədən, fikirlərini çatdırmağa şərait yaradılmadan həmin tənqid obyekti haqqında bilgilərin yayılması “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın prinsiplərinə ziddir. Hər iki tərəf dinlənilib və onlar arasında anlaşma əldə edilib.

İclasda müzakirə edilən ikinci məsələ Şamaxı rayon Sabir qəsəbəsinin sakini Zümrüd Arif qızı Atakişiyevanın “Reallıq TV”nin əməkdaşı, Sabirabad rayonunun Nizami kəndinin sakini Kazım Cəbrayılova qarşı şikayəti olub. Şikayətçi qarşı tərəfin onun şəxsi həyatına aid səhih mənbələrə əsaslanmayan, işgüzar nüfuzunu ləkələyən böhtan xarakterli məlumatı yaydığını bildirib.

Atakişiyeva Zümrüdün şikayəti əsasında aparılan araşdırmalar nəticəsində məlum olub ki, “Reallıq TV”də şikayətçi ilə bağlı hər hansı  informasiya yayılmamışdır. Məsələ məişət mübahisəsi xarakteri daşıyır. Buna görə də aidiyyatı üzrə müraciət edilməsi tövsiyə edilib.

Ağcabədi rayon sakini Fəridə Mikayılova Azərbaycan Mətbuat Şurasına müraciətində ARX TV (Azərbaycan Real Xəbərləri) yayımının rəhbəri B.Əyyubov haqqında ölçü götürülməsini və bu KİV-də özünün həyat yoldaşı haqqında yayımlanan məlumatla bağlı qarşı tərəfin münasibətinin öyrənilməməsinə görə tədbir görülməsini xahiş edib.

ARX TV ilə şikayətçi arasında mübahisəli durum aradan qalxdığından Şura şikayətin baxılmasına xitam verib. Bu istək şikayətçinin quruma ünvanladığı məktubda da əksini tapıb.




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Media