USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Erməni ekspert: Parlamentdəki hadisələr haqqında istənilməyən məlumatlar verən jurnalistlər açıq şəkildə təqib olunur"


  • Media
  •  10:28 06.08.2021
  •  291
https://img.baki-baku.az/news/2021/08/photo_4613.jpg

Məlum olduğu kimim, Ermənistandakı "Panorama.am" saytının fotomüxbiri Lilian Qalstyanın ölkə parlamentinə girişinə qadağa qoyulub. Bu, ciddi şəkildə müzakirə edilməkdədir. Məsələyə İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyan da münasibət bildirib. O deyib ki, baş vermiş hadisə hər şeyin dövlət strukturlarının fəaliyyəti haqqında ictimaiyyətin məlumatlılığını minimuma endirmək üçün edildiyinin növbəti sübutudur. Navasardyanın sözlərinə görə, parlamentdəki hadisələr haqqında istənilməyən məlumatlar verən jurnalistlər açıq şəkildə təqib olunur.

"Panorama.am" saytında yayımlanan fotoşəkillər hadisələrin adekvat və real mənzərəsini əks etdirir. Bu fotoşəkillərin yayılmasını məhdudlaşdıracaq heç bir şərt yoxdur. İrəvan Mətbuat Klubunun rəhbəri onu da vurğulayıb ki, səlahiyyətlilər tərəfindən müəyyən edilmiş qaydada parlamentin ərazisində və binasında jurnalistlərin fəaliyyətinə qoyulan məhdudiyyətlər qanunsuzdur. 

“Əslində jurnalistlərlə işin necə təşkil olunacağına dair bütün alternativ fikir və yanaşmalar nəzərə alınmır. Hesab edirəm ki, jurnalist ictimaiyyəti hakimiyyətin media və söz azadlığı ilə bağlı bütün addımlarının hüquqların məhdudlaşdırılmasına yönəldiyini qeyd etməlidir. Yəni son aylarda konstruktiv, normal, sağlam əməkdaşlığa doğru bir addım da görmədik, təkrarlanan bəyanatlar heç bir rol oynamadı. Buna görə də bildirməliyik ki, bu tendensiya dəyişməyənə qədər heç bir əməkdaşlıq mümkün olmayacaq ”, - deyə İrəvan Mətbuat Klubunun prezidenti yekunlaşdırıb.




Redaktorun seçimi

Atəşkəs niyə pozulur?
  • Daxili siyasət
  • 09:47 09.04.2024
Atəşkəs niyə pozulur?

Media