USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

"Sərhədsiz reportyorlar"ın bəsit yanaşmasına Azərbaycandan reaksiya


  • Media
  •  17:17 24.06.2021
  •  309
https://img.baki-baku.az/news/2021/06/photo_4196.jpg?v=MjAyMS0wNi0yNCAxNzoyNTo0NQ==

"Sərhədsiz reportyorlar" təşkilatı özünün twitter səhifəsində Azərbaycanla Ermənistanın sərhəddində Kəlbəcər rayonuna yaxın ərazidə ispan jurnalistlərin guya Azərbaycan hərbçiləri tərəfindən hədələnmələri ilə bağlı paylaşım edib. Məsələyə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov reaksiya verib. O, özünün facebook səhifəsində bunları bildirib:

"Ermənistanın müharibə müddətində söz və ifadə azadlığı müstəvisindəki manipulyasiyalarına, Azərbaycanın nəzarətində olan tərəfdə hadisələri işıqlandıran jurnalistlərə qarşı hücumlarına, media təmsilçilərini qəsdən qaynar bölgələrə aparıb həyatları üçün təhlükə yaratmalarına və ən nəhayət Kəlbəcərdə azərbaycanlı jurnalistlərin mina partlayışı nəticəsində həyatlarını itirmələrinə səssiz qalan "Sərhədsiz reportyorlar" təşkilatı özünün qərəzli mövqeyindən əl çəkmir. Təşkilat o qədər qərəzlidir ki, Ermənistanla sərhəddə dayanmış Azərbaycan hərbi qulluqçusunun əlindəki silahla qarşı tərəfi nişanda saxlamaq kimi vəzifə borcunu hədə olaraq qəbul edir. Hər halda Kəlbəcərlə sərhəddə çəkilmiş və erməni saytlarında yayılmış foto görüntüdən bu qənaətə gəlmək mümkündür. Guya Azərbaycan əsgəri ispan jurnalistləri ölümlə hədələyib.

Əvvəla, sərhəddə mövqe tutmuş Azərbaycan hərbi qulluqçusu əks tərəfdə dayanmış şəxs və ya şəxslərin jurnalist olub -olmadığını bilə bilməz, bilmək məcburiyyətində deyil. İkincisi, lap jurnalist olduğunu bilsə də, həmin jurnalistin sərhəd zolağına doğru hərəkəti sərhəddin pozulması cəhdidir ki, bunun qarşısı alınmalıdır. Fərqi yoxdur, sərhəddi pozan jurnalistdir, yaxud hansısa başqa şəxs. Digər bir tərəfdən, ortada hətta peşə fəaliyyəti naminə sərhəddi pozmaq, sərhəd zolağına doğru irəliləmək faktı da yoxdur. Belə olan halda Azərbaycan hərbçiləri sərhəddin o tərəfindən dayanmış şəxsləri niyə ölümlə hədələsin ki? İspan jurnalistlər özlərinin apardıqları çəkilişlə hansı təhlükəni yarada bilərdilər ki? Heç bir. Demək ki, iddia onun sübuta yetirilməsi vasitələri çox gülünc olduğundan absurddur. Şəkildən də görünür ki, əsgər qarşı tərəfi nişangahda saxlayır. Saxlamamalıdır?

Bəli, "Sərhədsiz reportyorlar" ölkəmizə qarşı qərəzini davam etdirir. Məsələyə başqa ad vermək sadəcə mümkün deyil. Belə olmasaydı, təşkilat heç bir real fakta əsaslanmayan məsələni özünün twitter səhifəsinə daşımaz, bunu jurnalistlərə qarşı təzyiq faktı kimi qabartmaq niyyətinə düşməzdi. Dünyada tanınan media qurumun Azərbaycanla bağlı bu sayaq ucuz və bəsit gedişlər etməsi qətiyyən yolverilməzdir, dərin təəssüf hissi doğurur".




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Media