USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasından Sirac Abışov və Məhərrəm İbrahimovun həlak olması ilə bağlı sərt BƏYANAT


  • Media
  •  15:43 07.06.2021
  •  398
https://img.baki-baku.az/news/2021/06/photo_3956.jpg

Tərkibində Azərbaycan Mətbuat Şurasının da təmsil olunduğu Ümumdünya Məbuat Şuraları Assosiasiyası AZTV-nin operatoru Sirac Abışovun və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun mina partlayışı nəticəsində həlak olmaları ilə bağlı bəyanat yayıb.

"Baki-Baku.az"ın məlumatına görə, bəyanatda bildirilir:

“2021-ci il iyun ayının 4-də Azərbaycanın Kəlbəcər rayonunda iki media əməkdaşı - AZTV-nin operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov mina partlayışı nəticəsində həlak olublar. Bu hadisə Ümumdünya Mətbuat Şuraları Assosiasiyası tərəfindən təəssüf və kədərlə qarşılanıb. Hər iki media təmsilçisinin doğmalarına, əzizlərinə və həmkarlarına dərin hüznlə başsağlığı veririk.

Media əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirərkən həlak olmaları, onlara qarşı hücumlar müasir dünyanın olduqca qorxunc və sarsıdıcı tendensiyasıdır. Çünki jurnalistlərlə birgə hücuma məruz qalan sözdür. Cəmiyyətin informasiya almaq hüququna qarşı sipər çəkilməsi tərəfimizdən hiddətlə qarşılanmaqdadır. Sirac Abışovun və Məhərrəm İbrahimovun həyatlarını itirmələrini məhz belə qiymətləndiririk. Bu qorxunc əməli törədənlərin tezliklə layiqli cəzalarını almalarını diləyirik. Bunun üçün isə beynəlxalq ictimaiyyətin məsələyə ciddi reaksiya verməsinə ehtiyac var.

Bizdə olan məlumata görə, Azərbayanın işğaldan azad edilmiş torpaqlarında minalanmış ərazilər problemi xeyli dinc şəxsin həyatına son qoyub. O da məlumdur ki, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. M.İbrahimovun və S.Abışovun həlak olmaları göstərdi ki, jurnalistika da yaranmış xoşagəlməz durumdan zərər görür. Hər iki media təmsilçisi Kəlbəcərə özlərinin peşə vəzifələrini yerinə yetirmək üçün getmişdilər.

Bütün bunları nəzərə alaraq beynəlxalq ictimaiyyətə, media qurumlarına müraciət edir və bildiririk ki, 21-ci əsrdə bütövlükdə insanlığa qarşı yönəlmiş belə hərəkətlərin aradan qalxması üçün ciddi həmrəylik nümayişinə ehtiyac var. M.İbrahimovun, S.Abışovun, eləcə də mina partlayışından həlak olmuş digər azərbaycanlıların faciəli aqibəti hər kəsə siqnal olmalıdır. Hər kəs şüurlu şəkildə dərk etməlidir ki, Ermənistana mövcud istiqamətdə təzyiqin göstərilməsi şərtdir. Bizim üçün əsas olan xidməti vəzifəsini yerinə yetirən jurnalistlərin təhlükəsizliyidir. Çox arzu edərdik ki, bu təhlükəni yaradan problemə həssas yanaşılsın, onun aradan qaldırılmasındakı bütün üsul və vasitələrdən istifadə edilsin”.

Qeyd edək ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Media