USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mətbuat Şurasının təmsilçisi ABŞ qəzetinin virtual qonağı olub


  • Media
  •  16:26 08.04.2021
  •  266
https://img.baki-baku.az/news/2021/04/photo_3459.jpg

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, xarici əlaqələr komissiyasının sədri Azər Həsrət Beynəlxalq Mətbuat İnstitutunun (Vyana) “Qlobal jurnalistika layihəsi” çərçivəsində aprelin 7-də təşkil etdiyi virtual media ziyarətinə qatılıb. ABŞ-ın Boston şəhərində yerləşən “The Christian Science Monitor” qəzetinin qonaqları dünyanın müxtəlif guşələrindən media təmsilçiləri olublar. 15 nəfərlik ziyarətçi heyətinə qəzetin fəaliyyəti haqqında məlumat verilib. Qəzetin ayrı-ayrı təmsilçiləri qlobal pandemiya şəraitində ayaqda qalmaq üçün yararlandıqları təcrübəni virtual ziyarətçilərlə paylaşıblar.

Bəlli olub ki, “The Christian Science Monitor” hazırkı çətin dövrdə yenə də özünün nüfuzunu və təsir imkanlarını qoruyur. 1908-ci ildən fəaliyyət göstərən qəzet 101 il sonra – 2009-cu ildə gündəlik çapını dayandıraraq yalnız internet üzərindən fəaliyyətinə davam edir. Eyni zamanda ənənələri qorumaq üçün həftəlik şəklində də kağızda çap edilir.

Qəzetin təmsilçiləri çətinlikləri aşmaq üçün multimedia imkanlarından da geniş yararlandıqlarını bildiriblər.

Hazırda “The Christian Science Monitor”un həftəlik kağız buraxılışına 10 min, internet buraxılışlarına isə 25 min abunəçi var.

Qəzetin fəaliyyəti ilə bağlı məlumatların ayrıntılarını da öyrənmək istəyən ziyarətçilərə əlavə bilgi də verilib. Azər Həsrət Orta Asiya və Güney Qafqaz bölgəsində qəzetin təmsilçiliyi ilə maraqlanıb. Bildirilib ki, bu bölgəni Moskvadakı müxbir məntəqəsi üzərindən əhatə etməyə çalışırlar.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Media