USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanda 205 nəfər jurnalist COVİD-19-a yoluxub, 10 nəfər həyatını itirib


  • Media
  •  11:22 06.04.2021
  •  272
https://img.baki-baku.az/news/2021/04/photo_3418.jpg

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) apardığı monitorinqin nəticələrinə görə, pandemiya başlayandan bu günə qədər Azərbaycanda 205 nəfər jurnalist COVİD-19-a yoluxub, 10 nəfər həmkarımız isə həyatını itirib. "Baki-Baku.az" xəbər verir ki, bunu təşkilatın sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli özünün faceboom səhifəsindəki paylaşımında bildirib. M.Ələsgərlinin sözlərinə görə, yoluxanlardan 57 nəfəri son dalğanın dövrünə düşür, fevral -aprel ayları aralığını əhatə edir. Bu da media işçiləri arasında yoluxmanın ötən dövlərlə müqayisədə intensivliyini göndərir.

M.Ələsgərli onu da bildirib ki, "COVID-19"la bağlı jurnalistlərin siyahısı KİV-lərdə dərc edilən və ya sosial şəbəkələrdə paylaşılan məlumatlar əsasında hazırlanır, özlərinin yoluxmaları barədə məlumatı ictimailəşdirənləri əhatə edir. Yoluxduğunu ictimailəşdirməyənlərin sayı fərqli ola bilər.

M.Ələsgərli təmsil olunduğu Mətbuat Şurasının məsələnin aktuallığını nəzərə alaraq, KİV-lərdə çalışan jurnalistlərin vaksinasiyasının həyata keçirilməsi üçün rəsmi qurumlara müraciət etdiyini də xatırladıb. O, müraciətə müsbət cavab verildiyini qeyd edib: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə Azərbaycan Mətbuat Şurası arasında əldə edilmiş razılığa əsasən kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin vaksinasiyası həyata keçiriləcək. Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bununla bağlı kriteriyalar həftə ərzində açıqlanacaq".




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Media