USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azər Həsrət ATƏT-in media azadlığı ilə bağlı toplantısında iştirak edib


  • Media
  •  10:28 11.03.2021
  •  500
https://img.baki-baku.az/news/2021/03/photo_3186.jpg

Martın 8-9-da onlayn rejimdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun “Media azadlığı və gender bərabərliyi” adlı əlavə insan ölçüsü görüşü keçirilib. İki gün davam edən tədbirdə üç ayrı sessiyada gender bərabərliyi, bütün media növlərindən istifadə etməklə informasiyanın yayılması, qadınlar, sülh və təhlükəsizlik məsələlərinin həllində medianın rolu, eləcə də onlayn müstəvidə qadın jurnalistlərə qarşı təqiblər müzakirə edilib.

Azərbaycan vətəndaş cəmiyyəti adına ölkəmizi təmsil edən yeganə iştirakçı, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və xarici əlaqələr komissiyasının sədri Azər Həsrət hər üç sessiyada çıxış edərək mövzuyla bağlı Azərbaycan təcrübəsini paylaşıb.

Azərbaycanda qadınların mediadakı rolu haqqında danışan MŞ təmsilçisi bildirib ki, bu sahədə hər hansı problem yoxdur. Hətta jurnalistika təhsilində də çoxluq xanımlara məxsusdur. Eyni zamanda mediada işləyən jurnalistlərin də arasında qadınlar bəzən çoxluq təşkil edir.

Növbəti sessiyadakı çıxışında isə Azər Həsrət bildirib ki, ATƏT üzvü olan heç bir ölkədə qadınların ayrıseçkiliyə məruz qalması üçün hüquqi əsaslar yoxdur. Lakin bəzən qadınlar gerçəkdən belə münasibətə məruz qalır ki, bu da keçmişdən gələn patriarxal sistemdən qaynaqlanır. Ona görə də problemi kökündən həll etmək üçün bu məsələyə yanaşma dəyişməlidir.

Lakin bəzi iştirakçılar, özəlliklə də Ermənistan təmsilçisi yenə də fürsətdən sui-istifadə edərək mövzuya dəxli olmadan Azərbaycanın Livanlı qadını həbs etməsi haqqında danışıb. Azər Həsrət də öz növbəsində mövzu dışına çıxmağa məcbur olaraq onun çıxışına cavab verib. O, Ermənistan təmsilçisinin Livanlı qadının Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpağında – Qarabağda saxlandığı haqqında fikrinə diqqət çəkərək aydınlıq üçün bir neçə sual ünvanlayıb:

1. Sözü gedən qadın jurnalistdirmi?

2. Livanlı bir qadın Azərbaycan torpağında nə edirdi və o, niyə mənim ölkəmə qanunsuz daxil olub?

3. Bəlkə erməni tərəfi adamları öldürmək üçün cəlb edilmiş hərbi muzdlunu nəzərdə tutur?

“Bu sualları diqqətə çatdırmaqla fikrimi yekunlaşdırıram və görüşün mövzusuna qayıtmağa çağırış edirəm. Biz burada media azadlığı və gender məsələlərindən danışmaq üçün toplaşmışıq”, - deyə Azər Həsrət bildirib.

Ermənistan tərəfi qoyulan suallara konkret cavab verə bilməyib.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Media