USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Telekanallar cərimələnsin?


  • Media
  •  10:26 09.03.2021
  •  320
https://img.baki-baku.az/news/2021/03/photo_3144.jpg

Ombudsman “Televiziya və radio yayımı haqqında” qanunun 32-ci maddəsinin (Proqrama verilən tələblər) tələblərinin pozulması ilə bağlı inzibati məsuliyyətin müəyyən olunması və İnzibati Xətalar Məcəlləsinin 384-cü maddəsinə müvafiq əlavələrin edilməsini təklif edib.

APA-nın məlumatına görə, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2020-ci il üzrə məruzəsində əksini tapıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 384-cü maddəsi teleradio yayımçıları tərəfindən televiziya və radio yayımı haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilməsini nəzərdə tutur.

Hazırda bu maddənin tələbləri aşağıdakı hallara tətbiq olunur:

- nəzarət fonoqramlarının surətinin müvafiq dövlət orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada və müddətdə təqdim edilməməsi;

- insanların həyatı, sağlamlığı və ya yaşayış məntəqələrinin normal fəaliyyəti üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə dövlət orqanlarının informasiyalarının dərhal və pulsuz olaraq yayımlanmaması;

- ətraf mühitin qorunmasına ziyan vuran hərəkətlərin təqdir olunması;

- peyk vasitəsilə teleradio yayımı və kabel şəbəkəsi yayımı qaydalarının pozulması;

- qanunun tələblərini pozmuş yayımçı ona tətbiq edilmiş müvafiq məsuliyyət tədbirinin məzmunu barədə məlumatı müəyyən edilmiş vaxt ərzində özünün televiziya və (və ya) radio kanalında yayımlamaması.




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Media