USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qlobal Jurnalistlər Şurasının sədri Azərbaycan Mətbuat Şurasında olub

Qarabağ həqiqətlərinin dünya mediasına çıxarılması istiqamətində fikir mübadiləsi aparılıb


  • Media
  •  17:50 02.03.2021
  •  304
https://img.baki-baku.az/news/2021/03/photo_3078.jpg

Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim Azərbaycan Mətbuat Şurasında olub.

Qonağı salamlayan MŞ sədri Əflatun Amaşov Azərbaycanın media sahəsindəki beynəlxalq əməkdaşlığından söz açıb, bu baxımdan Qlobal Jurnalitslər Şurası ilə indiyədək olan əlaqələrin zəruriliyini önə çəkib.

Mehmet Ali Dim Azərbaycan Prezidenti cənab İlham Əliyevin yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransındakı iştirakından, həmçinin işğaldan azad edilmiş bölgələrə səfərindən danışıb, təəssüratlarını bölüşüb.

Görüşdə Qarabağ həqiqətlərinin dünya mediasına çıxarılması istiqamətində fikir mübadiləsi aparılıb. Bu baxımdan Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu fəaliyyətin müxtəlif istiqamətlərinə diqqət yetirilib.

Görüşdə eyni zamanda qarşıda duran məsələlərə nəzər salınıb, perspektiv əməkdaşlıq istiqamətləri barədə söz açılıb.

MŞ sədri Əflatun Amaşov Azərbaycan və Türkiyə mediası arasındakı əlaqələrin inkişafındakı  xidmətlərinə görə Mehmet Ali Dimi rəhbərlik etdiyi qurumun fəxri diplomu ilə təltif edib.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Media