USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanda yeni xəbər saytı yaradıldı - Regionnews.az


  • Media
  •  14:54 18.02.2021
  •  494
https://img.baki-baku.az/news/2021/02/photo_2917.jpg

Azərbaycanda xəbər portallarının sırasına daha bir informasiya resursu qoşulub. Bu gündən Regionnews.az adlı yeni sayt fəaliyyətə başlayıb.

Yenisabah.az xəbər verir ki, saytın baş redaktoru tanınmış jurnalist Teyyub Mirqasımovdur. Onun sözlərinə görə, Regionnews.az-ın fəaliyyətinin əsas istiqamətini bölgə xəbərləri, regionlarımızdakı social-iqtisadi problemlər təşkil edəcək. Bununla paralel olaraq, həyatın digər sahələri – siyasi, iqtisadi, idman, mədəniyyət, kriminal mövzuda informasiyalara da yer veriləcək. Ölkədə baş verən mühüm hadisələr haqda operativ olaraq saytda informasiyaların yayılması ilə yanaşı onların mütəxəssislər tərəfindən şərhinin təmin edilməsi də nəzərdə tutulub. 

Baş redaktor özbaşınalıqla üzləşən, sosial problemlərdən əziyyət çəkən insanları əməkdaşlığa dəvət edib: “Biz təmənnasız xəbər xidməti göstərəcəyik. Vətəndaş jurnalistikası ilə aktiv əməkdaşlıq, sosial problemləri olan şəxslərlə birbaşa əlaqələrin qurulması, problemlərin işıqlandırılması nəzərdə tutulub. Üzləşdiyiniz problemlərlə bağlı 070 279 90 09 telefonla əlaqə saxlaya, [email protected] elektron on ünvanına yaza bilərsiniz”.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Media