USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Jurnalistlərə anonim mənbələrdən istifadə qadağası - Ermənistanda "KİV haqqında" qanun dəyişir


  • Media
  •  12:40 04.02.2021
  •  571
https://img.baki-baku.az/news/2021/02/photo_2712.jpg

"Bu gün Avropa Şurasının Venesiya Komissiyasının  sədri Canni Bukikkioya müraciət etdim. Kütləvi informasiya vasitələrindən olan partnyorlarımla birgə bütün vasitələrdən istifadə edib Ermənistanın baş naziri Nikol Paşinyanın qorxuları ilə mübarizə aparacağıq". "Baki-Baku.az" xəbər verir ki, bunu Ermənistan parlamentində "Çiçəklənən Ermənistan" Partiyasını təmsil edən deputat Naira Zöhrabyan özünün facebook səhifəsində yazıb. 

Qeyd edək ki, hakim "Mənim addımım" partiyasının deputatları "Kütləvi informasiya vasitələri haqqında" Qanuna dəyişiklik etməyi planlaşdırırlar. Dəyişikliyə əsasən, jurnalistlər özlərinin anonim mənbələrinə istinad edə bilməzlər. 

N.Zöhrabyan bildirib ki, Paşinyan özü jurnalist kimi fəaliyyət göstərdiyi zamanlarda insanları qətllərdə, talançılıqda, korrupsiyada, oğurluqda və zorakılıqda ittiham edirdi. "İndi həmin Paşinyan istəyir ki, Ermənistanda söz azadlığını öz ağız dadına uyğunlaşdırsın. O, söz azadlığını feyk zibilliyi kimi yalnız özünə xidmət edən formada görmək niyyətindədir", - deyən Zöhrabyan əlavə edib ki, baş nazirin qanuna dəyişiklik etmək cəhdi konstitusiyaya ziddir.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Media