USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanda yayımlanan Rusiya telekanalları ilə bağlı absurd TƏLƏBLƏR


  • Media
  •  15:11 27.01.2021
  •  334
https://img.baki-baku.az/news/2021/01/photo_2617.jpg

Ermənistan üçün əlamətdar sayılan günlərə qarşı hörmətlə yanaşmaq (məsələn, hüzn günlərində əyləncəli proqramlar yayımlamamaq), Ermənistanda seçki prosesinə qarışmamaq, ölkədə elan olunmuş fövqəladə və hərbi vəziyyətin normalarına, ermənilərin milli qüruru məsələlərinə sayğılı münasibət göstərmək. "Baki-Baku.az" xəbər verir ki, bunlar Ermənistanda yayımlanacaq Rusiya telekanalları qarşısına qoyulan tələblərdir. "News.am"ın məlumatına görə, məsələ barədə Ermənistanın Milli Televiziya və Radio Komissiyasının sədri Tiqran Akopyan söz açıb. 

Maraqlıdır ki, T.Akopyan yeni qərarı Ermənistanın Rusiya hökuməti ilə bu günlərdə imzaladığı yayım sazişi ilə əlaqələndirib. Məlum olduğu kimi, saziş Rusiya telekanallarının Ermənistan ərazisində yayımını nəzərdə tuturdu. Məmur bildirib ki, əgər əvvəllər Ermənistan Rusiya telekanallarının yayım məsələlərinə təsir rıçaqlarına malik deyildisə, sözügedən sənədin imzalanmasından sonra belə bir imkan qazanılıb. 

Jurnalistlərin eyni qaydanın CNN-ə də tətbiq edilib-edilməyəcəyi ilə bağlı suallarına cavabında T.Akopyan bildirib ki, CNN dövlət kanalı deyil, ona görə onun fəaliyyətini tənzimləmək mümkün deyil. 

Göründüyü kimi, Ermənistanın Milli Televiziya və Radio Komissiyasının sədri ilk baxışdan çox absurd görünən məsələlərdən danışır. Mümkün deyil ki, hansısa Rusiya telekanalı hansısa sazişə görə özünün yayım siyasətini Ermənistanın istəklərinə kökləsin. Şübhəsiz, bu, erməni rəsmilərinin özünə də yaxşı məlumdur. Belədə sırf Rusiya telekanalları ilə bağlı məsələni qaldırmaq maraq doğurmaya bilməz. Aydındır ki, bu fikir Ermənistanda yayımlanan Rusiya telekanallarının yayımlarının istənilən an dayandırıla biləcəyinə dair mesajdır.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Media