USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan Mətbuat Şurasından jurnalistin yaralanması ilə bağlı beynəlxalq media qurumlarına MÜRACİƏT


  • Media
  •  18:39 19.10.2020
  •  365
https://img.baki-baku.az/news/2020/10/photo_1466.jpg

Azərbaycan Mətbuat Şurası AZTV-nin çəkiliş qrupunun Ağdam rayonunun Bənövşələr qəsəbəsində atəşə tutulması ilə bağlı beynəlxalq media qurumlarına müraciət ünvanlayıb.

Müraciətdə bildirilib:

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AZTV) cəbhəboyu zonaya ezam olunmuş çəkiliş qrupu 19 oktyabr 2020-ci il tarixdə günorta saatlarında Ermənistan hərbi birləşmələri tərəfindən atəşə tutulub. Hadisə Ağdam rayonunun Bənövşələr qəsəbəsində baş verib. Nəticədə AZTV-nin müxbiri 1982-ci il təvəllüdlü Həsənov Anar Bəybala oğlu (Anar Şuşalı) yaralanıb.

Məlumat üçün bildirək ki, Anar Şuşalı cəbhə bölgəsində baş verən proseslər, xüsusən də Ermənistanın mülki əhaliyə qarşı törətdiyi təxribatlar barədə ölkə və dünya ictimaiyyətini mütəmadi məlumatlandıran jurnalistlərdəndir. Hazırda o, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Azərbaycan Mətbuat Şurası jurnalistlərin hücuma məruz qalmalarını qətiyyətlə pisləyir.

Təəssüflə bildiririk ki, işğalçı Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı ağır artileriya və digər qurğulardan istifadə etməklə həyata keçirdiyi hücumlar davam edir. Dünyanın media ictimaiyyətinin diqqətini bu fakta çəkərək onu da təəssüflə vurğulayırıq ki, Azərbaycanın belə anti-humanist hücumdan zərər çəkən media təmsilçiləri az deyil. Oxşar xoşagəlməz hadisə bir müddət öncə də baş vermişdi. Bu isə onu deməyə əsas verir ki, Ermənistan silahlı qüvvələri jurnalistlərə məqsədli şəkildə atəş açaraq onların fəaliyyətlərinə maneçilik törədir, həyat və sağlamlıqları üçün təhdid yaradırlar.

İşğalçı Ermənistan demokratik dəyərlərə, humanizm prinsiplərinə qarşı vandal münasibətini söz və ifadə azadlığına münasibətdə də göstərməkdədir. Azərbaycan Mətbuat Şurası sizləri bununla bağlı ciddi mövqe nümayişinə çağırır.

Mətbuat Şurası ümüd edir ki, jurnalistlərə silahlı təzyiq məsələsində dünyanın aparıcı media qurumlarının ortaya qoyacaqları barışmazlıq xətti, həssas, prinsipial yanaşma tərzi faciələrə yol açma ehtimalı böyük olan bu kimi halların qarşısının alınmasına kömək göstərəcəkdir”.

Qeyd edək ki, müraciət rus və ingilis dillərinə tərcümə edilərək dünyanın aparıcı media qurumlarına, o cümlədən Azərbaycan Mətbuat Şurasının üzv olduğu Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına və Avropa Mətbuat Şuraları Alyansına göndərilib.




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Media