USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mətbuat Şurası Səadət Kadırova ilə bağlı Rusiyanın media ictimaiyyətinə müraciət ünvanladı


  • Media
  •  15:04 12.10.2020
  •  829
https://img.baki-baku.az/news/2020/10/photo_1358.jpg?v=MjAyMC0xMC0xMiAxNToxMToyOQ==

Azərbaycan Mətbuat Şurası, ümumilikdə Azərbaycanın media ictimaiyyəti TASS İnformasiya Agentliyinin diplomatik informasiya strukturları ilə əlaqələr şöbəsinin müdiri Səadət Kadırova ilə bağlı yaranmış durumdan narahatdır.

Məlum olduğu kimi, S.Kadırova “Rossiya-1” telekanalının “Vladimir Solovyovla axşam” televiziya proqramında Ermənistanın Azərbaycana qarşı yönəlmiş işğalçı siyasətinə sərt və əsaslandırılmış mövqeyini bildirdiyi üçün təhqirlərə və təhdidlərə məruz qalmaqdadır.

Mətbuat Şurası və Azərbaycan jurnalistləri bu qənaətdədir ki, müxtəlif sosial şəbəkə profillərində S.Kadırovaya ünvanlanmış təhqiramiz ton, habelə onda qorxu və təşviş yaratmağa hesablanmış mesajlar Rusiyanın media cameəsini, o cümlədən hüquq-mühafizə orqanlarını ciddi şəkildə düşündürməlidir.

Söhbət yalnız jurnalistin proqramda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dilə gətirməsinə qəzəbli yanaşmadan deyil, habelə Rusiya kimi ölkədə ifadə azadlığına basqıdan, sui-istifadədən, dözümsüzlük nümayişindən gedir. Bu hal demokratik prinsiplərə, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin instutsional normalarına tamamilə ziddir, qarşısı hüquq müstəvisində alınmalıdır. Rusiya qanunvericiliyinda bununla əlaqədar konkret mexanizmlər mövcuddur.

S.Kadırovaya qarşı həyata keçirilən xoşagəlməz hallar onun peşə fəaliyyətinə maneçilik törədilməsi, jurnalist hüquqlarının pozulmasıdır. Biz Azərbaycanın media təmsilçiləri və onların özünütənzimləmə qurumu olan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Rusiyadakı həmkarlarımızı Səadət Kadırova ilə bağlı yaranmış duruma həssas yanaşmağa çağırırıq. TASS İnformasiya Agentliyi kimi dünyada populyar olan peşəkar media qurumunun kifayət qədər məsul vəzifə tutan azərbaycanlı jurnalistinin həyat və sağlıqlıq durumu, emossional vəziyyəti sıradan məsələ kimi qarşılana bilməz.

Bir daha bildiririk ki, S.Kadırovanın söylədiyi, diqqətə çatdırdığı, düşüncə və təfəkkürünün, qətiyyətinin məhsulu olan fikrinə görə mənəvi təzyiqlərlərlə, hədə-qorxularla üzləşməsi yolverilməzdir. Azərbaycan Mətbuat Şurası Rusiyanın media ictimaiyyətinin diqqətini bu sayaq xoşagəlməz hallara son qoyulması üçün müvafiq tədbirlər görülməsi naminə həmrəylik nümayişinə, duruma ədalətli yanaşmağa çağırır.




Redaktorun seçimi

Pekin Avropa səfərindən nə gözləyir?
  • Daxili siyasət
  • 11:44 07.05.2024
Pekin Avropa səfərindən nə gözləyir?
Revanşistlərin kürklərinə birə düşüb
  • Daxili siyasət
  • 10:17 04.05.2024
Revanşistlərin kürklərinə birə düşüb
Keşiş Baqratın hipnoz seansı
  • Daxili siyasət
  • 10:15 04.05.2024
Keşiş Baqratın hipnoz seansı
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
  • Daxili siyasət
  • 10:03 04.05.2024
Ermənipərəst Konqresin “lobbi” epidemiyası
İrəvan piramidasında legitimlik düsturu
  • Daxili siyasət
  • 14:04 03.05.2024
İrəvan piramidasında legitimlik düsturu

Media