USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Jurnalistləri Müdafiə Komitəsi Şuşada jurnalistlərin yaralanmaları ilə bağlı açıqlama yaydı


  • Media
  •  10:51 09.10.2020
  •  327
https://img.baki-baku.az/news/2020/10/photo_1343.png

Baş qərargahı Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Ermənistan və Azərbaycan hakimiyyətini Dağlıq Qarabağdakı münaqişə zonasında çalışan media işçilərinin təhlükəsizliyini təmin etməyə çağırıb. Bu barədə açıqlama dünyanın aparıcı media təşkilatının saytında yer alıb.

“Baki-Baku.az” xəbər verir ki, belə bir açıqlamanın meydana çıxmasına səbəb Şuşada raket atəşi ilə dağıdıldığı ehtimal edilən kilsənin yaxınlığındakı rus jurnalistlərinin xəsarət alması ilə bağlıdır. Ermənistan tərəfi iddia edir ki, raket atəşi Azərbaycan tərəfdən atılıb. Azərbaycan Müdafiə Nazirliyi isə bildirir ki, Şuşa şəhərində kilsənin zərər çəkməsi barədə məlumatın Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur.

Jurnalistləri Müdafiə Komitəsinin “Ermənistan və Azərbaycan Dağlıq Qarabağdakı münaqişəni işıqlandıran jurnalistlərin təhlükəsizliyini təmin etməli və sərbəst reportaj hazırlamalarına imkan verməlidirlər” kimi  fikirlərin yer aldığı açıqlamada isə qurumun Avropa və Orta Asiya Proqramının direktoru Gülnoza Səidə istinadən “Azərbaycan və Ermənistan iki jurnalistin yaralanmasına səbəb olan hücumu araşdırmalı, eyni zamanda jurnalistlərin sərbəst və qərəzsiz akkreditasiyanı həyata keçirməlidir” fikirləri də yer alıb.

 




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Media